DİN hadisə ilə bağlı AÇIQLAMA YAYDI
14 Noyabr 2026, 00:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
5368
07.02.2026, 23:03
Bakıda yerləşən İdrak liseyinin riyaziyyat müəllimi Şəhla Kamilovaya silahlı hücum edən şagird hadisədən bir müddət əvvəl sosial şəbəkələrdə şiddət və silahla bağlı məzmunlar paylaşan onlayn oyun və qruplarda fəal olub.
Oxu24.com xəbər verir ki, bu barədə Anews.az-a etibarlı mənbə məlumat verib.
Belə ki, bundan əvvəl məktəb administrasiyası onun müxtəlif oyunlar oynaması ilə bağlı dəfələrlə şagirdin ailəsini xəbərdar edib.
Buna baxmayaraq, şagirdin dərslərə davamiyyəti və akademik göstəriciləri yüksək olduğundan, hadisənin bu cür ağır nəticə ilə bitəcəyinə nə məktəb kollektivi, nə də ətrafındakı şəxslər inanmayıb.
Məlumata görə, şagird silahla bağlı paylaşımları digər uşaqlarla birgə olduğu qruplarda da edib, lakin bu mesajlar onun yaşıdları tərəfindən ciddi təhlükə kimi qəbul olunmayıb. Əldə etdiyimiz məlumata görə, hadisədən bir gün əvvəl şagirdin “Telegram” platformasında naməlum bir qrupa qoşulduğu müəyyən edilib.
Həmin qrup cinayət xarakterli fəaliyyətlə məşğul olub və şagirdə konkret “öhdəlik” verilib. Ona qurban seçmək imkanı təqdim olunub və şagird müəllimi hədəf seçərək onu öldürmək niyyəti güdüb.
Hadisə ilə bağlı istintaq davam edir, hüquq-mühafizə orqanları məsələni araşdırır.
Bir gün əvvəl Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 29 yaşlı Şəhla Kamilova məktəbin onuncu sinif şagirdi tərəfindən güllələnib. Onun boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub. Müəllimə əməliyyat olunub.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.