Prezidentin rektor təyin etdiyi Nurə
05 May 2026, 17:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4670
08.02.2026, 00:27
Uzun müddətdir bağlı saxlanılan quru sərhədlər ölkə gündəminin aktual mövzularından biri olaraq qalmaqdadır. Həm vətəndaşların gediş-gəlişində yaranan çətinliklər, həm də iqtisadi əlaqələrə təsiri fonunda bu məsələnin mərhələli şəkildə həll olunması ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Maraqlıdır, quru sərhədlər yalnız həftənin müəyyən günləri açıla bilərmi?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, quru sərhədlərin tam şəkildə açılması hazırkı şəraitdə mümkün deyilsə, mərhələli yanaşma daha məqsədəuyğun ola bilər.
Onun sözlərinə görə, həftənin müəyyən günləri quru sərhədlərin açılması həm vətəndaşların vəziyyətə uyğunlaşmasına kömək edər, həm də uzun müddətli bağlanmadan yaranan problemlərin qismən həllinə şərait yaradar:
“Çox doğru təklif kimi sayıla bilər ki, əgər quru sərhədlər tamamilə açılmırsa, müəyyən günlərdə şərait yaradılması daha doğru olar. İnsanlar da bu həyata tezliklə öyrəşər. Hesab edirəm ki, quru sərhədlərin tamamilə açılması indiki vəziyyətdə mümkünsüz görünür”.
Həmçinin oxuyun
Cavanşir Abbaslı qeyd edib ki, sərhədlərin uzun müddət bağlı qalması ölkə daxilində müxtəlif sosial və iqtisadi problemlərin artmasına səbəb olur:
“Quru sərhədlərin tamamilə bağlanmasından yaranan problemləri həftənin müəyyən günləri açılması məsələsi həll edə bilər. Əks halda sərhədlər nə qədər bağlı qalsa, ölkə daxilində də müəyyən problemlərin artmasına gətirib çıxaracaq. Bu vəziyyətin Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməsi mümkün deyil”.
Siyasi şərhçi son dövrlər mövzunun İranda baş verən hadisələrin fonunda kölgədə qaldığını da vurğulayıb. Onun fikrincə, qonşu ölkələrdəki proseslərdən asılı olmayaraq quru sərhədlərlə bağlı məsələ birmənalı şəkildə həllini tapmalıdır:
“İranda bir aydan çoxdur davam edən xalq etirazları fonunda bəzi fikirlər formalaşıb ki, Azərbaycan tərəfinin quru sərhədləri bağlı saxlaması doğru qərardır. Lakin hesab edirəm ki, qonşu ölkələrdə hər hansı hadisənin baş verməsindən asılı olmayaraq bu məsələ çözülməlidir. Quru sərhədlərin bağlı olmasının həm mənfi, həm də müsbət tərəfləri var”.
Cavanşir Abbaslının fikrincə, quru sərhədlərlə bağlı problem tezliklə aradan qaldırılmalı və daha çevik mexanizmlər tətbiq olunmalıdır.
17:17 / 05 May 2026
13
17:05 / 05 May 2026
16
16:58 / 05 May 2026
36
16:52 / 05 May 2026
29
16:50 / 05 May 2026
24
16:37 / 05 May 2026
41
16:36 / 05 May 2026
499
16:30 / 05 May 2026
485
16:19 / 05 May 2026
103
16:17 / 05 May 2026
50
16:09 / 05 May 2026
43
16:06 / 05 May 2026
45
15:55 / 05 May 2026
44
15:45 / 05 May 2026
44
15:40 / 05 May 2026
61
15:35 / 05 May 2026
55
15:29 / 05 May 2026
465
15:20 / 05 May 2026
188
15:11 / 05 May 2026
280
15:05 / 05 May 2026
1065
15:03 / 05 May 2026
81
15:00 / 05 May 2026
70
14:58 / 05 May 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.