Neftin qiyməti dəyişdi
13 Noyabr 2026, 10:02
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
11164
08.02.2026, 00:38
Son dövrlər ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri sürətlə artır. Buna baxmayaraq, ölkədə minimum əməkhaqqı hələ də çox aşağı səviyyədə qalır. Bu vəziyyət gündəlik həyat xərclərinin qarşılanmasını çətinləşdirir və vətəndaşların normal yaşayış tələblərini yerinə yetirməsini əngəlləyir.
Azərbaycanda normal həyat səviyyəsini təmin etmək üçün minimum əməkhaqqı nə qədər olmalıdır?
Oxu24.com bildirir ki, globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, minimum əməkhaqqı təyin edilərkən vətəndaş da müstəqil şəxs kimi dəvət olunmalıdır:
“Türkiyədəki kimi aylıq xərclər hesablanarkən hər hansı fabrikdən bir fəhlə də nümayəndə olaraq qatılmalı və təklif irəli sürməlidir. Ən azı ədalətli qərar naminə bu, yaxşı olardı. Yaşamaq üçün minimum maaşa qaldıqda, əsas faktor əməkhaqqı deyil, alım gücüdür. Yəni bu gün minimum əməkhaqqı 400 manatdır, ətin kilosu 20-25 manat arası, yağın kilosu 20 manat, kartof ən ucuz 1-1.5 manat, mənzil bazarında da qiymətlər 1 otaqlı şəhərdən kənar ən ucuz 85 min manatdır. Minimum əməkhaqqı ilə işləyən şəxs neçə il ac-susuz qalmalıdır ki, normal yaşam standartlarına uyğunlaşa bilsin?”.
İqtisadçı bildirib ki, əməkhaqqı 5 faiz artsa belə, ilin yarısında ərzaq və qeyri-ərzaq məhsulları ən azı 30 faiz bahalaşacaq:
“Ona görə də ilk növbədə istehsalatı qurmaq, sənayeni inkişaf etdirmək lazımdır. Yeni istehsalat qurulsa, vətəndaş 400 manat minimum əməkhaqqına çalışar, yoxsulluq səviyyəsi enər, qiymət tənzimlənər. İqtisadçı kimi təklif etsək ki, əməkhaqqı minimum 1200-1500 manat olsun, bu, mümkün deyil. Ümumiyyətlə, hər kəsin yaşam standartı müxtəlifdir. Kimisi qənaət edir, kimisi də gələcəyini düşünmədən bu gün üçün yaşayır. Çünki xərclər müxtəlifdir. Lakin ümumi dəyərləndirsək, sıfırdan başlayan, mal-mülkü, mirası olmayan bir ailə üçün minimum 2 min manat lazımdır”
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.