Koroğluda piyadanı vuran şəxs futbolçu imiş - FOTO
28 Aprel 2026, 00:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
708
07.02.2026, 18:33
“YouTube” videoları müxtəlif dillərdə izləməyə imkan verən süni intellekt əsaslı avtomatik səsləndirmə funksiyasını yeniləyib. Bu funksiya 27 dil dəstəyi ilə bütün istifadəçilərə təqdim edilib.
Oxu24.com cxarici mətbuata istinadən xəbər verir ki, sözügedən texnologiya ilk dəfə 2024-cü ildə məhdud sayda kontent istehsalçısı ilə sınaqdan keçirilmişdi və videoların əsas dilindən başqa dillərdə də izlənməsinə imkan yaradır.
Bu funksiya sayəsində məzmun istehsalçıları videolarının kəşf olunma faizini artıra bilər, istəməyənlər isə funksiyanı tamamilə söndürə bilərlər.
Platforma dekabrda gündə altı milyondan çox izləyicinin süni intellektlə səsləndirilmiş məzmun izlədiyini bildirib və robotik səslənmə problemini aradan qaldırmaq üçün “İfadəli danışıq” funksiyasını istifadəyə verib.
Həmçinin oxuyun
İngilis və ispan dilləri daxil olmaqla səkkiz dildə təqdim olunan bu yenilik danışanın tonunu və emosiyasını qoruyaraq daha təbii təcrübə yaratmağı hədəfləyir.
İstifadəçilər parametrlərdən “Seçilən dillər” bölməsi vasitəsilə səsləndirmə, başlıq və təsvirlər üçün istədikləri dilləri seçə bilirlər. Bundan əlavə, şirkət tərcümə edilmiş səs ilə danışanın dodaq hərəkətlərini uyğunlaşdıran “Dodaq sinxronizasiyası” funksiyası üzərində də işlərini davam etdirir.
Funksiyadan istifadə edə bilmək üçün kompüterdən “YouTube Studio” hesabınıza daxil olun və sol menyudan “Parametrlər” bölməsinə keçin. Daha sonra “Qabaqcıl” seçin. “Avtomatik səsləndirməyə icazə ver” seçimini aktiv edin. Səsləndirmələri yayımlanmadan əvvəl yoxlamaq istəyirsinizsə, “Səsləndirmələri yayımlamadan əvvəl manual olaraq yoxla” seçimini də işarələyin. Yoxlama üçün bütün dillər və ya yalnız eksperimental dillər variantlarından birini seçin. Sonda yadda saxlamağı unutmayın. (Qafqazinfo)
00:07 / 28 Aprel 2026
40
23:26 / 27 Aprel 2026
186
22:44 / 27 Aprel 2026
60
22:42 / 27 Aprel 2026
248
22:42 / 27 Aprel 2026
72
22:32 / 27 Aprel 2026
116
22:26 / 27 Aprel 2026
67
22:13 / 27 Aprel 2026
64
22:09 / 27 Aprel 2026
86
22:01 / 27 Aprel 2026
207
21:56 / 27 Aprel 2026
1457
21:53 / 27 Aprel 2026
81
21:52 / 27 Aprel 2026
58
21:43 / 27 Aprel 2026
351
21:40 / 27 Aprel 2026
71
21:38 / 27 Aprel 2026
78
21:27 / 27 Aprel 2026
92
21:15 / 27 Aprel 2026
172
21:02 / 27 Aprel 2026
97
20:45 / 27 Aprel 2026
71
20:30 / 27 Aprel 2026
237
20:22 / 27 Aprel 2026
205
20:08 / 27 Aprel 2026
151
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.