Bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar
06 Fevral 2026, 22:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
143
06.02.2026, 19:20
Səhiyyə sahəsində aparıcı mütəxəssislər arıqlama məqsədilə istifadə olunan preparatlaın potensial olaraq ciddi yan təsirlərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Oxu24.com "Daily Mail"ə istinadən xəbər verir ki, bu yan təsirlər arasında görmə qabiliyyətinin ciddi pozulması və hətta geri dönməyən korluq halları da var.
Bir sıra elmi araşdırmalar bu preparatların qəbulu ilə qeyri-arteritik ön işemik optik neyropatiya (NAION) arasında əlaqə olduğunu göstərib. Bu nadir xəstəlik zamanı görmə sinirinin qanla təchizatı pozulur və nəticədə qəfil, geri dönməz görmə itkisi baş verə bilər.
Həmçinin oxuyun
Keçən il "JAMA Ophthalmology" jurnalında ABŞ-dƏ bu səbəbdən görmə qabiliyyətini itirmiş doqquz pasiyentlə bağlı məlumatlar dərc olunub. Onlardan yeddisinə "NAION" diaqnozu qoyulub. Hadisələrdən birində qadın semaqlutidin ilk inyeksiyasından sonrakı səhər sol gözündə tam görmə itkisi ilə üzləşib. Preparat müvəqqəti dayandırıldıqdan və sonradan yenidən qəbul edildikdən sonra isə o, ikinci gözünün də görmə qabiliyyətini itirib.
Digər hallarda pasiyentlər göz önündə qəfil ağrısız "kölgə" yaranmasından, torlu qişa damarlarının zədələnməsindən və göz daxili qanaxmalardan şikayət ediblər. Bəzi vəziyyətlərdə preparatın qəbulu dayandırıldıqdan sonra görmə qismən və ya tam bərpa olunub, lakin bir sıra pasiyentlərdə pozuntular qalıcı olub.
Alimlər vurğulayırlar ki, bu ağırlaşmaların dəqiq mexanizmi hələ tam aydınlaşdırılmayıb. Ehtimal olunur ki, qanda şəkərin kəskin azalması gözün xırda damarlarına zərər verərək görmə sinirinin qidalanmasını poza bilər./baku.ws
23:05 / 06 Fevral 2026
8
22:56 / 06 Fevral 2026
135
22:38 / 06 Fevral 2026
74
22:36 / 06 Fevral 2026
85
22:34 / 06 Fevral 2026
32
22:26 / 06 Fevral 2026
78
22:17 / 06 Fevral 2026
115
22:13 / 06 Fevral 2026
70
21:59 / 06 Fevral 2026
107
21:56 / 06 Fevral 2026
165
21:40 / 06 Fevral 2026
2999
21:39 / 06 Fevral 2026
154
21:29 / 06 Fevral 2026
132
21:17 / 06 Fevral 2026
58
21:08 / 06 Fevral 2026
45
21:08 / 06 Fevral 2026
271
21:04 / 06 Fevral 2026
153
21:02 / 06 Fevral 2026
59
20:58 / 06 Fevral 2026
162
20:54 / 06 Fevral 2026
475
20:49 / 06 Fevral 2026
135
20:39 / 06 Fevral 2026
111
20:36 / 06 Fevral 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.