Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2824
06.02.2026, 20:35
Azərbaycanda pensiya sistemi ilə bağlı vətəndaşları ən çox maraqlandıran məsələlərdən biri sovet dövründə toplanmış əmək stajının və formalaşmış pensiya hüquqlarının bu gün qüvvədə olub-olmamasıdır. Xüsusilə yaşlı nəslin nümayəndələri uzun illər sovet dövründə çalışdıqları müddətin müasir pensiya hesablamalarında necə nəzərə alındığını dəqiq bilmək istəyirlər.
Oxu24.com xəbər verir ki,müstəqillikdən sonra ölkədə pensiya qanunvericiliyi dəfələrlə dəyişsə də, əvvəlki dövrlərə aid hüquqların taleyi ilə bağlı cəmiyyətdə zaman-zaman suallar yaranır. Vətəndaşlar soruşur: Sovet zamanında toplanmış pensiya stajı və hesablamalar bu gün də keçərlidirmi, yoxsa yeni sistemdə həmin dövrün hüquqları itirilmiş sayılır?
Mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, sovet dövründə toplanmış pensiya stajı və hesablamalar bu gün də qüvvədədir və müasir pensiya hüququnun müəyyənləşdirilməsində nəzərə alınır:
“Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra qəbul edilən hüquqi aktlarda və əvvəlki dövrdə qüvvədə olmuş qanunvericiliyin tanınması açıq şəkildə qeyd olunub. Bu isə sovet dövründə formalaşmış pensiya hüquqlarının qorunmasını təmin edir. Əgər vətəndaşın həmin dövrdən pensiya stajı və ya hüququ mövcuddursa, bu, müasir pensiya sistemində də nəzərə alınır və hesablamalara daxil edilir.”
Ekspertin sözlərinə görə, bu, xüsusilə yaşlı nəslin nümayəndələri üçün böyük əhəmiyyət kəsb edir və onların sovet dövründə topladıqları əmək stajının müasir pensiya hesablamalarında tam şəkildə tanınmasını təmin edir.
Hazırladı: Turan
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.