Qaynar xətt:

(+99450) 247 90 86

“Dağlara xeyli qar yağıb, bu yaz Kürdə daşqınlar baş verə bilərmi?- Ekoloq ehtimalları dəyərləndirdi  

news/2026_02_06/dashqin_kur_1770394629.jpg

CƏMİYYƏT

146

06.02.2026, 20:13

Qarşıdan yağışlı, selli, sulu yaz gəlir. Kür çayında daşqınlar da məhz bu fəsildə baş verir və Kür ətrafı rayonların ərazisini subasmalar yararsız hala salır, torpağın əkinçilik keyfiyətini məhv edir. Bu il Kürü qidalandıran dağlara dəfələrlə qar yağıb. Azərbaycanın əsas çayı olan Kürün dibinin təmizlənməməsi yazda təbii fəlakətə səbəb ola bilərmi? Ümumiyyətlə Kür kimi strateji çayların dibinin təmizlənməsi neçə ildən bir həyata keçirilməlidir? Kür çayı selə hazırdırmı?  

Mövu ilə bağlı Oxu24.com-un suallarını  “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli cavablandırıb. 

O bildirib ki,  dağlarımıza qar yağıb, amma bir az daha artıq  yağımasını gözləyirik ümid eliyirəm yenə qar yağacaq.

Dağlarda qar nə qədər çox olsa bir o qədər yaxşıdır. Amma dediyiniz kimi, bu qar dağlarda çox olduqca yazda sel təhlükəsi də  yaranır. Düşünürəm ki, sel təhlükəsini qarda deyil, meşələrin qırılmasındadır. Mən daşqınları  daş, çınqıl mədənlərindən görürəm, selavlarda, tikilən evlərdən və  başqa obyektlərdən görürəm. Yəni yağıntı zamanı , gursululuq  vaxtı bu axarlar bağlı olur və nəticədə daşqına səbəb yaranır. 

Kür çayının təmizləməsi və ümumiyyətlə çayların dibinin təmizlənməsi bu yalnız və yalnız naviqasiya  üçün yararlı çaylarda  daha çox istifadə olunur.  Yəni böyük  yük kəmlərinin orda hərəkətini təmin eləmək üçün çayların dibi təmizlənir, bunu doğru deyirsiz!

Kür çayda böyük naviqasiyası olmayan çaydır , müəyyən kiçik cəmillər bu ərazidə qısa məsafələri olsa da belə üzübdü, üzməkdədir. Orda da çayın dibi təmizləməli ola bilər. Amma çox ağır karterli  gəmilər olmadığına görə, orda o naviqasiya ilə bağlı təmizləməyə ehtiyac yoxdur. Kürün suyun azaldığı dövrdə Xəzər dənizinin suları Kür ərazisinə girmişdi. Özü ilə müəyyən lil gətirmişdi və yaxud da yaz yağışları nəticəsində Kürün aşağı axarından mənsəbə doğru müəyyən lil yığıntıları ola bilər. Onu da yerli orqanları hidroloji, yaxud da, metroloji xidmət  müəyyənləşdirməlidir. Amma əgər bir təhlükə yaranırsa, suyun səviyyəsi qalxırsa, əlbəttə öncədən tədbir alınmalıdır. Kür çayında bilirsiz çox böyük bəndimiz var . Ən böyüyü isə Mingəçevir su anbarıdır. Ona görə, onun hardasa qoruyuculuq funksiyası da var. Mingəçevir bəndi müəyyən müddətə bağlana bilər. 

Bundan bir neçə il əvvəl,  bəli olmuş daşqınla bağlı bir az insanlarımızda qorxu hissi  var. Haqlısınız! Amma bunların hamısı da dediyim kimi öncədən tədbir alınmalıdır. Mən hesab edirəm ki,  yazın gursululuq dövründə Kürdə ciddi bir daşqın ola bilməz! Olsa belə, ehtimal varsa, onu indidən,yağan qarın  miqdarı hesablanaraq, proqnozlara diqqət  verilərək  tədbiri alınmalıdır. Kürün ancaq  aşağı axarına diqqət ayırmaq lazımdır. Yuxarı axarda bu problem yoxdur.

 Sadəcə, mənsəbə doğru axın o qədər aşağıydı ki,  dəniz axıb gəlirdi Kürün içərisinə. İndi isə dənizin səviyyəsi o qədər düşüb ki, o qədər təhlükə yaranmır. Hesab edirəm ki, yaz gursululuq dövründə və yaxud da tutaq ki, yayda ani daşqınlar olarsa, yay yağışlarında, payız gursunluğu dövründə bunlardan o qədər ehtiyatlanmağına dəyməz. Kür çayda  hal-hazırda çox su yoxdur, yaza doğru  Kürdə suyun həcmi artsa belə , mən orda faciəvi bir hadisə  yaşanacağını düşünmürəm”- deyə ekoloq vurğulayıb.

 Xatırladaq ki,  2010-cu ilin may ayında Kür çayında  genişmiqyaslı bir daşqın qeydə almışdı. Azərbaycanın Aran bölgəsini əhatə daşqında  Salyan, Sabirabad, Saatlı, Hacıqabul, Şirvan, İmişli, Kürdəmir rayonlarının çay sahili boyu ərazilər suyun altında qalmışdı. Ölkənin şərq hissəsində Şirvan ərazisində Kür seli çay səddini dağıtmış və Bayramlı qəsəbəsini basmışdı. Xoşbəxtlikdən insan itkisi qeydə alınmamışdı. 2010-cu ilin qışı da o vaxt sərt keçmiş və dağlara böyük miqdarda qar yağmışdı.

Əntiqə Rəşid