Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1612
06.02.2026, 20:03
Hazırda cəmiyyət ciddi narahatlıq içərisindədir.
Bu gün səhər saatlarında Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən özəl “İdrak” liseyində baş verən silahlı insident ağıllarda sual işarəsi yaradıb.
Nə baş verdi ki, şagird belə bir addım atmağa məcbur qaldı? Yaxud , 15 yaşlı uşaqda bu qədər amansızlığın qaynağı nədir ki, qan tökülməsinə gətirib çıxartdı?
Ömrünün 45 ilini müqəddəs müəllim peşəsinə həsr edən fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Kərimov olayla bağlı fikirlərini Oxu24.com-a bildirib.
Professor ürək ağrıdan bu olaydan təəssüf hissi keçirdiyini qeyd edib.
"1-2 gün əvvəl mediadan oxudum ki, Başqırdıstanda yeniyetmənin məktəbdə odlu silahdan atəş açması nəticəsində müəllim yaralanıb. Həmin vaxt ürəyimdə dedim ki, şükür ki, Azərbaycanda belə olaylar baş vermir.
Bu olay ilk növbədə cəmiyyətin, sonra təhsil sisteminin, onun idarəçiliyinin və şagirdlərin fərdi davranışlarına biganəliyin nəticəsidir. Bu hadisə mütləq olmalı idimi? Sualın cavabını məktəbdə çalışan müəllimlər, metodistlər, psixoloqlar bilməlidir, çünki şagirdə nəzarət edən onlardı. Məsuliyyət onların çiyinlərindədir. Hələ sevinirəm ki, nə yaxşı uşaq tüfəngin ucunu uşaqlara tuşlamayıb.
45 illik pedaqoji fəaliyyətimə arxayın olaraq deyim ki, uşaqların yaşlarına uyğun olmayan filmlər, oyunlar, telefon asılılığı və s. , təhsil sistemində özəl ali və orta məktəblərin bir ailə tərəfindən idarə edilməsi, məktəbdə psixoloqun zorakılıqdan, biganəlikdən və s.doğan problemləri nəzarətə götürməməsi, məktəbin mühafizə sistemindəki boşluqlar bu gün bizi bu dəhşətli hadisənin şahidinə çevirdi. Nə bilək, bu bəlkə də ilk xəbərdarlıqdır?”,-deyə o qeyd edib.
Xatırladaq ki, bu gün səhər Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü müəllimə Şəhla Kamilova 2014-cü ildə Bakı Dövlət Universitetini bitirib. O, ali təhsilini kompüter elmləri ixtisası üzrə alıb və universiteti fərqlənmə diplomu ilə başa vurub.
Əntiqə Rəşid
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.