Qaynar xətt:

(+99450) 247 90 86

Yastıqsız yatmaq bu xəstəliyi ləngidir

news/2026_02_03/balissiz_1770143582.jpg

CƏMİYYƏT

84

03.02.2026, 22:29

Yuxu zamanı yastıqdan istifadə etməmək qlaukomanın gedişatını ləngidə bilər. Bu barədə “British Journal of Ophthalmology” jurnalında dərc olunan yeni araşdırmada bildirilib.

Oxu24.com xəbər verir ki  Alimlər müəyyən edib ki, yastıqsız yatmaq göz daxili təzyiqin azalmasına kömək edir. Məhz bu təzyiqin yüksəlməsi görmə sinirinin zədələnməsi və görmə itkisi üçün əsas risk faktorlarından sayılır.

Tədqiqatda qlaukoma diaqnozu olan 144 nəfər iştirak edib. İştirakçılardan bir qismi başı 20–35 dərəcə qaldıran iki adi yastıqla, digərləri isə tamamilə yastıqsız yatıb. Yuxu zamanı onların göz daxili təzyiqi mütəmadi ölçülüb. Nəticələr göstərib ki, başı qaldırılmış vəziyyətdə yatanlarda göz daxili təzyiq əhəmiyyətli dərəcədə yüksəlib. Yastıqsız yuxu zamanı isə bu göstərici daha aşağı olub.

Mütəxəssislər bunu hündür yastığın boyun nahiyəsində yerləşən yuxu venasına təzyiq göstərməsi ilə izah edib. Bu hal göz daxili mayenin axınını çətinləşdirir və təzyiqin artmasına səbəb olur. Araşdırma müəllifləri bildirib ki, gecə göz daxili təzyiqin nəzarətdə saxlanılması adətən dərman dozasının artırılması və ya lazer müalicəsi ilə həyata keçirilir. Yastıqdan imtina isə sadə, dərmansız və köməkçi bir üsul kimi erkən mərhələlərdə faydalı ola bilər.Saglamolun.Az