Hər gün duş qəbul edirsinizsə... TƏHLÜKƏ
04 Fevral 2026, 00:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
172
03.02.2026, 21:20
Ət bazarında son günlər müşahidə olunan qiymət enişi alıcıların diqqətini cəlb edib. Maraqlıdır, yaxın günlərdə ət məhsullarında ucuzlaşma davam edə bilərmi?
Oxu24.com xəbər verir ki , mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dana və quzu ətinin qiymətlərindəki ucuzlaşma əsasən bazarda tələbatın azalması və təklifin artması ilə əlaqədardır.
“ Mövsümi amillər, xüsusilə qış aylarından çıxış dövründə heyvanların kəsimə daha çox çıxarılması qiymətlərə təsir göstərir. Satıcılar alıcı sayının azalması fonunda məhsulu daha tez realizə etmək üçün qiymətləri endirməyə məcbur qalırlar”.
Akif Nəsirlinin fikrincə, hazırkı ucuzlaşma uzunmüddətli xarakter daşımır.
Həmçinin oxuyun
“Adətən belə vəziyyət bir neçə həftə, maksimum bir-iki ay davam edir. Qarşıdan Novruz bayramının gəlməsi ilə ət məhsullarına tələbatın artacağı gözlənilir ki, bu da qiymətlərin yenidən yüksəlməsinə səbəb ola bilər.
Bununla yanaşı, yem qiymətləri, saxlanma xərcləri və ümumi inflyasiya kimi amillər də bazarda davamlı ucuzlaşmanı mümkünsüz edir”.
Yekunda ekspert vurğulayıb ki, hazırda müşahidə olunan qiymət enişi daha çox müvəqqəti xarakter daşıyır və bazarda canlanma ilə ət qiymətlərinin əvvəlki səviyyəsinə qayıtması ehtimalı yüksəkdir.
00:55 / 04 Fevral 2026
1
00:41 / 04 Fevral 2026
23
00:26 / 04 Fevral 2026
38
00:01 / 04 Fevral 2026
48
23:40 / 03 Fevral 2026
301
23:35 / 03 Fevral 2026
59
23:35 / 03 Fevral 2026
43
23:32 / 03 Fevral 2026
43
23:28 / 03 Fevral 2026
140
23:22 / 03 Fevral 2026
44
23:16 / 03 Fevral 2026
59
23:12 / 03 Fevral 2026
47
23:06 / 03 Fevral 2026
40
22:54 / 03 Fevral 2026
56
22:46 / 03 Fevral 2026
90
22:41 / 03 Fevral 2026
55
22:36 / 03 Fevral 2026
51
22:32 / 03 Fevral 2026
88
22:29 / 03 Fevral 2026
75
22:19 / 03 Fevral 2026
64
22:09 / 03 Fevral 2026
80
22:07 / 03 Fevral 2026
62
21:46 / 03 Fevral 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.