Qaynar xətt:

(+99450) 247 90 86

Mandarin qabığı təhlükəlidir – DİQQƏTLİ OLUN

2018-12/1544804019_mandarin-1.jpg

CƏMİYYƏT

95

27.01.2026, 18:33

Mandarin qabığı ev heyvanları üçün təhlükə yarada bilər.

Oxu24.com  xəbər verir ki, bu barədə baytar həkim Mixail Şelyakov məlumat verib.

Onun sözlərinə görə, pişiklər sitrus qoxusundan uzaq durur, çünki efir yağları onlar üçün kəskin qıcıqlandırıcıdır.

İtlər isə maraqdan və ya aclıqdan qabığı yeyə bilər ki, bu da selikli qişanın qıcıqlanmasına, allergiyaya və öskürəyə səbəb ola bilər.

Bundan əlavə qeyd edib ki, zibil qabında kiflənən sitrus tullantıları qida zəhərlənməsi riski yaradır.

Mütəxəssis zibil qabının bağlı saxlanmasını və qabığın ev heyvanlarından uzaqda tutulmasını tövsiyə edir.