Qaynar xətt:

(+99450) 247 90 86

Sürücülük vəsiqəsi imtahanı çətinləşdirilə bilər 

news/2026_01_20/nisan_1768925797.jpeg

CƏMİYYƏT

100

20.01.2026, 20:18

Rusiyada sürücülük vəsiqəsi almaq üçün keçirilən nəzəri imtahanın çətinləşdirilməsi nəzərdə tutulur.

Oxu24.com  xəbər verir ki, qanunvericiliyə dəyişiklikləri nəzərdə tutan layihə artıq Rusiya hökumətinə təqdim olunmaq üçün hazırlanır.

Layihəyə əsasən, imtahan zamanı istənilən rabitə vasitəsindən və elektron cihazlardan istifadə qadağan ediləcək. Qaydanı pozanların imtahan nəticələri dərhal ləğv olunacaq və onlar bir il müddətinə yenidən imtahana buraxılmayacaqlar.

Bundan başqa, nəzarətin daha da gücləndirilməsi məqsədilə nəzəri imtahan keçirilən otaqlarda audio və video qeydiyyat sistemlərinin quraşdırılması da təklif olunur. Təşəbbüs müəllifləri hesab edirlər ki, bu addım imtahan prosesində şəffaflığı artıracaq və qayda pozuntularının qarşısını alacaq.