Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
709
20.01.2026, 22:14
Gündəlik həyatda çox insanın qarşılaşdığı problemlərdən biri də baş ağrılarıdır. Xüsusilə alın və təpə bölgəsində yaranan sıxıcı, yandırıcı ağrılar insanı ciddi narahat edə bilər. Çox zaman insanlar belə halları miqren ağrısı ilə əlaqələndirir, lakin əslində səbəblər fərqli ola bilər. Baş ağrılarının növünü düzgün müəyyən etmək həm həyat keyfiyyətinə, həm də müalicəyə birbaşa təsir göstərir.
Mövzu ilə bağlı Oxu24.com -a nevroloq Röyanə Quluzadə cavab verib:
“Çox insan alnında və təpəsində sıxıcı baş ağrıları hiss etdikdə bunu miqrenlə qarışdırır. Amma əksər hallarda bu gərginlik baş ağrısı olur. Gərginlik baş ağrısı adətən bütün başda hiss olunur, ağrı aln və təpə tərəfdə daha sıx nəzərə çarpır. İnsan başını masaj etdikdə ağrı bir qədər yumşalır və sakitləşir,” – deyə Quluzadə bildirib.
Nevroloq əlavə edib ki, gərginlik baş ağrısında ürəkbulanma və qusma kimi əlamətlər adətən müşahidə olunmur, işıq və səs həssaslığı isə yalnız yüngül səviyyədə ola bilər. Əgər bu cür sıxıcı ağrılar ay ərzində 15 gündən çox davam edirsə, deməli, bu xroniki gərginlik baş ağrısıdır.
“Bu ağrılardan azad olmaq üçün müasir müalicə üsullarından istifadə etmək mümkündür. Stressi azaltmaq, meditasiya və relaksasiya texnikaları, depressiyanı aradan qaldırmaq, eləcə də biopunktura və blokada prosedurları vasitəsilə əzələlərə vurulan xüsusi iynələr xroniki ağrıları aradan qaldırır,” – deyə həkim vurğulayıb.
Nigarxanım
16:20 / 14 Noyabr 2026
72
16:05 / 14 Noyabr 2026
113
15:45 / 14 Noyabr 2026
98
15:27 / 14 Noyabr 2026
245
15:25 / 14 Noyabr 2026
109
15:07 / 14 Noyabr 2026
213
15:05 / 14 Noyabr 2026
120
14:44 / 14 Noyabr 2026
152
14:31 / 14 Noyabr 2026
111
14:24 / 14 Noyabr 2026
600
14:19 / 14 Noyabr 2026
114
14:15 / 14 Noyabr 2026
105
14:09 / 14 Noyabr 2026
255
13:50 / 14 Noyabr 2026
2693
13:48 / 14 Noyabr 2026
140
13:16 / 14 Noyabr 2026
134
13:03 / 14 Noyabr 2026
116
12:49 / 14 Noyabr 2026
148
12:25 / 14 Noyabr 2026
136
12:09 / 14 Noyabr 2026
142
11:58 / 14 Noyabr 2026
141
11:50 / 14 Noyabr 2026
139
11:39 / 14 Noyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.