Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
14 Noyabr 2026, 16:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
754
20.01.2026, 19:46
1990-cı ilin "Qara Yanvar"ı haqqında çox şey danışılıb. Lakin, biz dünya durduqca, bu qırğını unutmamalı, gələcək nəsillərin də unutmaqlarına mane olmalıyıq. Bu məqaləni oxuyarkən, istiqlar şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükutla yad etməyinizi xahiş edirəm. Bir Türkçü olaraq, bunu başa düşürəm ki, o gün törədilən bəşəri cinayəti davamçılarının bir dəstəsi əllərində bizi işğal edənlə yanaşı kukla dövlətin bayraqları ilə bizim ruhumuza, təbiətimizə və Törəmizə xas olmayan marş ilə müstəqil Azərbaycanımızda öz "inqilab"ını əslində isə çevriliş gününü qeyd etməkləri bir daha sübut edir ki, Dövlətimizin, Vətənimizin və Millətimizin daxili düşmənləri təkcə cənubdan deyil, həmçinin də, şimaldan gələn hava axını ilə qidalanırlar. Biz Azərbaycanlılar heç də bunlara meydan verməməli, əksinə dövlətçiliyimizin daha uzun və əbədi yəni ki, bəngü yaşaması üçün dövlətə dəstək olmalıyıq.
90-cı illərin nəslinin yəni quşağının ataları, mənim də atam bu istiqlal hərəkatına qoşulmuşdur. O, hətta etimad və etibar etmiş qatil dəstədən olan bir nəfər yaraqlı biriylə üz-üzə gəlmiş, öz ölümünün ayaq səsləri gəlmiş, lakin, Uca Yaradan hələ onun canının almaq vaxtı gəlmədiyindən dolayı atamı hifz etmişdi. Amma ki, hamıda eyni taleh nəsib olmamış, qazi və şəhid olan insanlarımız da olmuşdur. Millətimizin şanlı dövrü olan bu dövrdə günahsız insanların canına qəsd edilmiş, böyük bir qorxu və yaxud dövlət səviyyəsində terror törətmək üçün o vaxtkı televiziyanın enerji bloku partladılmış, kütləvi qətilləri dünyadan gizlətmək üçün də bu addım atılmış, buna baxmayaraq, ulu öndər mərhum Heydər Əliyev Azərbaycanın Moskvadakı səsi olmuşdur.
Azərbaycan Milləti bu sınaqdan da üzü ağ çıxmış, nəticədə indiki qüdrətli Azərbaycanın yaradılmasıyla bağlı ilkin gedişə nail olmuşdur. Məni düşündürən və beynimi gəmirən əsas məsələ isə 1988-ci ildən fəaliyyət göstərən Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyinin yoxa çıxması idi. Bəs harada idilər? Niyə millətin bu ağır günündə ortada deyildilər?
20 yanvar 1990-cı ildə ümumxalq matəmində hamı o cümlədən ziyalılar, alimlər, din xadimləri cəmiyyətin bu ağır imtahanından keçirdilər. Kimin kim olduğunu artıq, əslində o zaman bilinirdi. SSRİ-nin süqutunu yaxınlaşdıran bu milli hadisə hamını yenə düşüncəyə aparmalı, ilahi yasın, milli ovqatın, bütöv bir həmrəylik mərasiminin təkrarı 27 sentyabr 2020-ci ildə də istiqlal şəhidlərinin açdığı cığırı daha da genişləndirib, zəfərlə taclandıra bildik.
Şəhidlər yəni ki, Ölməzlər Xiyabanı mənim üçün müqəddəs məkan, mələklərin və yaxud qədim Türk inanc sisteminin iyələrin görüş yeri sayıla bilər. Vətən uğrunda həmişə qurban verib, bu torpağı böyük bir qanlı Ölməz torpağına çevirmiş, bəlkədə bundan sonra da çevirəcəyik. Türkçülük və Turançılıqla yanaşı, üstəlik, Azərbaycançılıq həmişəki kimi ulu ruhların unudulmadığı, eləcə də, atalar kultunun bizə bəxş etdiyi bu uca Yurdumuzun tarixi ərazilərini də bəlkə də bir gün azad görəcəyik. Mən inanıram ki, Azərbaycanlı olaraq, bizim xilasımızın ancaq, qardaşlığımız olduğunu anlamalı, yalnız bundan sonra böyük hədəfə doğru birlikdə irəli gedə bilərik.
16:20 / 14 Noyabr 2026
72
16:05 / 14 Noyabr 2026
113
15:45 / 14 Noyabr 2026
98
15:27 / 14 Noyabr 2026
245
15:25 / 14 Noyabr 2026
109
15:07 / 14 Noyabr 2026
213
15:05 / 14 Noyabr 2026
120
14:44 / 14 Noyabr 2026
152
14:31 / 14 Noyabr 2026
111
14:24 / 14 Noyabr 2026
600
14:19 / 14 Noyabr 2026
114
14:15 / 14 Noyabr 2026
105
14:09 / 14 Noyabr 2026
255
13:50 / 14 Noyabr 2026
2693
13:48 / 14 Noyabr 2026
140
13:16 / 14 Noyabr 2026
134
13:03 / 14 Noyabr 2026
116
12:49 / 14 Noyabr 2026
148
12:25 / 14 Noyabr 2026
136
12:09 / 14 Noyabr 2026
142
11:58 / 14 Noyabr 2026
141
11:50 / 14 Noyabr 2026
139
11:39 / 14 Noyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.