Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
14 Noyabr 2026, 16:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
16605
21.01.2026, 11:25
Bir neçə gün əvvəl əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatlarında dəyişiklik edilməsi Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanunun ictimaiyyət arasında müsbət yönlü müzakirəsi getdiyi üçün Oxu24.com bu qanun dəyişikliyi ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadi məsələlər üzrə ekspert Akif Nəsirlinin fikirlərini öyrənib.
Əmək Məcəlləsinə edilən bu dəyişiklik sosial baxımdan müsbət qiymətləndirilə bilər. Hərbi və ya alternativ xidmətə çağırılan işçi faktiki olaraq əmək bazarından müvəqqəti kənarlaşır və bu müddətdə onun gəlir imkanları ciddi şəkildə məhdudlaşırdı. Orta aylıq əməkhaqqının azı 3 misli miqdarında müavinətin müəyyən edilməsi həmin dövr üçün işçinin və ailəsinin maliyyə yükünü qismən də olsa yüngülləşdirir.
- Bu dəyişiklik dövlətin hərbi xidmətə gedən vətəndaşın sosial təminatına daha məsuliyyətli yanaşmasının göstəricisi kimi qəbul edilə biərmi?
- Əlbəttə ki, bu belədir. Xüsusilə, indiki iqtisadi şəraitdə iki orta aylıq əməkhaqqı həcmi bir çox hallarda kifayət etmirdi və işçi xidmətə maddi narahatlıqla yollanırdı. Üç aylıq müavinət isə həm psixoloji rahatlıq yaradır, həm də işçinin borc, kirayə və gündəlik xərclərini qarşılamaq baxımından daha real dəstəkdir.
- Bu işəgötürən tərəf üçün yük hesab oluna bilərmi?
- Bu qərar işəgötürənlər üçün əlavə maliyyə öhdəliyi deməkdir. Xüsusilə,kiçik və orta sahibkarlıq subyektləri üçün bu yük hiss oluna bilər. Lakin, nəzərə almaq lazımdır ki, söhbət istisna haldan – hərbi xidmətə çağırışdan gedir və bu, kütləvi xarakter daşımır. Üstəlik, sosial dövlət anlayışı müəyyən hallarda işəgötürənin də məsuliyyət daşımasını zəruri edir.
- Deməli, əsgərlikyə gedən gənclər geri dönəndə narahat olmayacaq , sıxıntı keçirməyəcəklər…
- Bəli, bu dəyişiklik eyni zamanda hərbi xidmətin nüfuzunun artırılmasına da xidmət edir. Vətəndaş anlayır ki, dövlət onun xidmətini yalnız vəzifə kimi yox, sosial təminatla müşayiət olunan məsuliyyətli bir mərhələ kimi dəyərləndirir. Bu da cəmiyyətdə hərbi xidmətə münasibətin daha sağlam formalaşmasına təsir göstərir. Ümumilikdə, Əmək Məcəlləsinə edilən bu düzəliş balanslı qərar təsiri bağışlayır. O, nə tamamilə işəgötürənin maraqlarını zərbə altına alır, nə də işçini sosial risklərlə təkbətək qoyur. Əsas məsələ bundan sonra qanunun icrasına nə dərəcədə ciddi nəzarət olunacağı və müavinətlərin real olaraq gecikdirilmədən ödənilib-ödənilməyəcəyidir. İctimai maraq baxımından bu dəyişiklik müsbət qarşılanmalı və sosial təminatların genişləndirilməsi istiqamətində atılan addımlardan biri kimi dəyərləndirilməlidir.
Xatırladaq ki, daha əvvəl işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 2 misli miqdarında müavinət ödəyirdi.
Qanuna əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödəyəcək.
Əntiqə Rəşid
16:05 / 14 Noyabr 2026
19
15:45 / 14 Noyabr 2026
62
15:27 / 14 Noyabr 2026
201
15:25 / 14 Noyabr 2026
84
15:07 / 14 Noyabr 2026
160
15:05 / 14 Noyabr 2026
98
14:44 / 14 Noyabr 2026
126
14:31 / 14 Noyabr 2026
99
14:24 / 14 Noyabr 2026
493
14:19 / 14 Noyabr 2026
102
14:15 / 14 Noyabr 2026
96
14:09 / 14 Noyabr 2026
237
13:50 / 14 Noyabr 2026
2236
13:48 / 14 Noyabr 2026
125
13:16 / 14 Noyabr 2026
121
13:03 / 14 Noyabr 2026
108
12:49 / 14 Noyabr 2026
136
12:25 / 14 Noyabr 2026
127
12:09 / 14 Noyabr 2026
135
11:58 / 14 Noyabr 2026
131
11:50 / 14 Noyabr 2026
119
11:39 / 14 Noyabr 2026
114
11:19 / 14 Noyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.