Deputat Fazil Mustafa ilə MÜSAHİBƏ
05 May 2026, 15:20
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
806
20.01.2026, 20:24
Xəbər verdiyimiz kimi, 20 Yanvar hadisələrindən 36 il keçir.Həmin gecə bir çoxlarının yaddaşında qanlı bir gün kimi qalıb.Buna baxmayaraq bu tarix azadlığın başlandığı gün kimi də təsvir edilir.Həmin tarixin canlı şahidləri bu gün nələri düşünür?
Oxu24.com -un əməkdaşı həmin hadisələrlə bağlı "Yeni Musavat" Media Qrupunun qurucusu-baş redaktoru, Əməkdar jurnalist Rauf Arifoğlu ilə həmsöhbət olub.
-Sizcə, 20 Yanvar təkcə matəm günüdür, yoxsa həm də dirəniş və şərəf tarixidir?
-Mənə görə 20 Yanvar milli mahiyyətimizin nümayişi günüdür. Azərbaycanlı kimdir, desən, 20 Yanvara bax, oxu, deyərəm. Otuz səkkiz ildir bu xalqın azadlıq mübarizəsinin, Qarabağ uğrunda verdiyi mücadilənin içində olan, həm də bütün bunları yazan biri kimi qətiyyətlə deyirəm: 20 Yanvar Azərbaycandır.
20 Yanvar bizim hər birimizin özətidir. Biz hər il bu gün millət olaraq özümüzü ziyarətə gedirik. Rəsmi adı Ümumxalq Hüzn Günü olsa da, onun mahiyyəti təkcə hüzn deyil, daha dərin, daha köklü və daha şərəflidir. Bu tarix müstəqilliyimizin və Qarabağ Zəfərimizin əsasında dayanan böyük bir milli yaddaşdır.
-O dövrdə informasiya blokadası şəraitində həqiqəti çatdırmaq nə dərəcədə çətin idi?
-Həmin dövrdə mən qəzetçiliyə yeni başlamışdım. 24 yaşındaydım, "Yeni Müsavat" qəzetinin yaradılmasından isə cəmi bir neçə ay keçmişdi. Senzura şəraitində, tam gizli, "samizdat" üsulu ilə fəaliyyət göstərən "Yeni Müsavat" qəzeti 20 Yanvardan sonra daha da ağır vəziyyətə düşdü. Təqiblər başladı, gizli fəaliyyət göstərən demək olar ki, bütün "samizdat" qəzetlər və dərgilər qapadıldı.
Buna baxmayaraq, biz müəyyən çıxış yolu tapmağa çalışdıq və heç olmasa daxili auditoriya üçün informasiya axınını təmin etməyə cəhd etdik. Amma ümumi mənzərə olduqca ağır idi. İndiki şəraitlə müqayisə belə etmək mümkün deyil. Texnologiya yox idi, internet yox idi, mobil telefonlar yox idi. Media məkanı yalnız sovet orqanlarına bağlı qəzetlərdən, televiziyalardan və radiolardan ibarət idi və onların hamısı Kommunist Partiyasının sərt nəzarəti altında idi.
Xəbərləşmə və informasiya paylaşımı əsasən mitinqlərdə, meydanlarda, küçələrdə toplaşan etirazçı kütlə vasitəsilə baş verirdi. 20 Yanvardan sonra bu imkan da əldən çıxdı
Belə bir şəraitdə xəbər toplamaq və yaymaq sovet qanunlarına görə cinayət sayılırdı, biz də məhz buna görə təqib olunurduq. İnformasiya işi aparmaq o dövrdə son dərəcə çətin və təhlükəli idi.
-Bugünkü gənclər 20 Yanvarı sizcə, yetərincə dərk edirmi?
-20 Yanvar kimi hadisələr milli mentalitetimizdə olan ən ümdə keyfiyyətləri üzə çıxaran tarixi məqamlardandır. O dövrü yaşamayan gənclərin 20 Yanvar epizodunu bütün dərinliyi ilə hiss etməməsi təbiidir. Amma milli mahiyyəti ortaya qoyan hadisələr təkcə 20 Yanvarla bitmir.
Sonrakı dövrlərdə baş verən hadisələr, xüsusən 1-ci Qarabağ Müharibəsi (1991-1994), Aprel döyüşləri (2016), Tovuz döyüşləri və İkinci Qarabağ müharibəsi (2020) da xalqımızın mentalitetini, onun qəhrəmanlıq ruhunu ortaya çıxaran tarixi mərhələlərdir. Bu baxımdan deyirik ki, 20 Yanvar da Azərbaycandır, 27 sentyabr 2020-ci il də Azərbaycandır.
Mahiyyət eynidir: xalqın içində yatmış qəhrəmanlıq potensialının üzə çıxması. 1990-cı illərin gəncliyi də, 2016-cı ilin Aprel döyüşlərində önə çıxan gənclik də, 2020-ci ildə Vətən müharibəsində tarix yazan nəsil də eyni milli mahiyyəti təmsil edir.Bu baxımdan demək olar ki, Azərbaycan gəncliyi bütün nəsillərdə özünü şərəf
-Müsahibəyə görə təşəkkürlər,Rauf bəy!
Müsahibəni apardı: Turan Etibaroğlu
21:45 / 11 May 2026
10
21:28 / 11 May 2026
48
21:18 / 11 May 2026
67
21:03 / 11 May 2026
211
20:49 / 11 May 2026
191
20:28 / 11 May 2026
69
20:21 / 11 May 2026
59
20:11 / 11 May 2026
102
19:45 / 11 May 2026
60
19:41 / 11 May 2026
101
19:28 / 11 May 2026
264
19:21 / 11 May 2026
87
19:09 / 11 May 2026
76
18:59 / 11 May 2026
76
18:50 / 11 May 2026
97
18:46 / 11 May 2026
269
18:39 / 11 May 2026
116
18:33 / 11 May 2026
89
18:28 / 11 May 2026
204
18:16 / 11 May 2026
229
18:09 / 11 May 2026
81
18:06 / 11 May 2026
734
18:00 / 11 May 2026
385
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.