Qaynar xətt:

(+99450) 247 90 86

Yulafın bu faydaları VAR 

2020/01/09/1578554284_yulaf1.jpg

CƏMİYYƏT

115

18.01.2026, 09:07

Yulaf bağırsağın daha yaxşı işləməsinə kömək edir və qəbizlik zamanı ideal səhər yeməyi sayılır.

Oxu24.com  xəbər verir ki, bu barədə qida mütəxəssisi Emi Qoldsmid "Eating Well" nəşrinə danışıb.

Mütəxəssisin sözlərinə görə, yulaf qəbizlikdə faydalıdır, çünki onun tərkibində beta-qlyukan — həll olunan lif növü var. Bağırsağa daxil olduqda bu qida lifləri fermentləşməyə başlayır, bu da mikrobiotanın müxtəlifliyini artırır və iltihabın azalmasına kömək edir.

Qoldsmid əlavə edib ki, həll olunan liflə yanaşı, yulafın tərkibində həll olunmayan liflər də çoxdur. Onlar nəcisin həcməsini artırır və qalın bağırsaqda hərəkətini sürətləndirir.

Yulafın təsirini artırmaq üçün qida mütəxəssisi onu səhər saatlarında, günün ortasında yeməyi və içinə göyərti, banan və yağ əlavə etməyi tövsiyə edib. Həmçinin, onun sözlərinə görə, bağırsağın sağlamlığı və defekasiyanın asanlaşması üçün səhər yeməyində Yunan yoğurtu yemək faydalıdır.