Bu tələbələrlə əmək müqaviləsi bağlanacaq - RƏSMİ
17 Yanvar 2026, 00:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
65
16.01.2026, 22:39
Uzun illərdir ki, analarımız yay aylarında qış üçün müxtəlif tədarüklər görürlər. Turşular, konservlər, mürəbbələr hazırlanır. Bu məhsullar düzgün hazırlanıb saxlanıldıqda faydalı ola bilər. Lakin qaydalara əməl edilmədikdə ciddi sağlamlıq riskləri yaradır.
Ev turşularının əsas üstünlüyü tərkibinə nəzarət imkanının olmasıdır. Bu məhsullara süni qatqılar, dadlandırıcılar və konservantlar əlavə edilmir. Əgər tərəvəzlər təzədirsə və proses gigiyenik şəkildə aparılıbsa, bəzi vitamin və minerallar qorunub saxlanılır. Xüsusilə fermentasiya yolu ilə hazırlanan turşular bağırsaq mikroflorası üçün faydalı ola bilər.
Həqiqətən də səhər yeməyi yeməməliyik? - Deputatın fikirinə qida mütəxəssisi Asim Vəliyev belə CAVAB VERDİ: - Sağlam Qida
Asim Vəliyev
Oxu24.com bu fikirləri KONKRET.az-a açıqlamasında qida məsələləri üzrə ekspert Asim Vəliyev bildirib.
Onun sözlərinə görə, risklər əsasən hazırlanma və saxlanma mərhələsində yaranır. Ən böyük təhlükə sterilizasiya qaydalarına əməl edilməməsidir. Qablar yaxşı yuyulmaz və qaynadılmazsa, zərərli bakteriyalar çoxala bilər. Xüsusilə hava keçirməyən konservlərdə oksigensiz mühit yaranır ki, bu da təhlükəli mikroorqanizmlər üçün əlverişli şərait formalaşdırır.
Həmçinin oxuyun
Duz miqdarı da mühüm məsələdir. Ev turşularında adətən duz normadan artıq istifadə olunur. Bu isə yüksək təzyiq, böyrək və ürək-damar xəstəlikləri olan insanlar üçün risk yaradır. Təbii olması onun tam zərərsiz olduğu anlamına gəlmir. Duzlu məhsullar ölçülü şəkildə istehlak edilməlidir.
Ekspert vurğulayır ki, sirkə və ya limon turşusu ilə hazırlanan konservlərdə turşuluq səviyyəsi düzgün tənzimlənməzsə, məhsul tez xarab ola bilər. Şəkərsiz və az turşulu tərəvəz konservləri isə daha risklidir. Çünki bu zaman mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit yaranır.
Saxlanma şəraiti də həlledici rol oynayır. Turşular sərin, qaranlıq və quru yerdə saxlanmalıdır. Günəş işığı və isti mühit məhsulun tərkibini poza bilər. Qabın qapağında şişmə, sızma, açıldıqda köpüklənmə və ya kəskin qoxu müşahidə olunarsa, məhsul dərhal atılmalıdır. Dadına baxmaqla yoxlamaq qətiyyən olmaz.
Açıldıqdan sonra ev turşuları uzun müddət saxlanmamalıdır. Soyuducuda olsa belə, bir neçə gün ərzində istehlak edilməsi daha təhlükəsizdir. Çirkli qaşıq və ya əl ilə götürmək məhsulun tez xarab olmasına səbəb olur.
00:39 / 17 Yanvar 2026
65
00:09 / 17 Yanvar 2026
194
23:59 / 16 Yanvar 2026
162
23:54 / 16 Yanvar 2026
133
23:54 / 16 Yanvar 2026
76
23:47 / 16 Yanvar 2026
58
23:44 / 16 Yanvar 2026
59
23:39 / 16 Yanvar 2026
180
23:34 / 16 Yanvar 2026
69
23:31 / 16 Yanvar 2026
62
22:55 / 16 Yanvar 2026
77
22:51 / 16 Yanvar 2026
68
22:46 / 16 Yanvar 2026
119
22:32 / 16 Yanvar 2026
70
22:27 / 16 Yanvar 2026
97
22:23 / 16 Yanvar 2026
1204
22:17 / 16 Yanvar 2026
73
22:10 / 16 Yanvar 2026
75
21:59 / 16 Yanvar 2026
69
21:53 / 16 Yanvar 2026
77
21:50 / 16 Yanvar 2026
84
21:47 / 16 Yanvar 2026
151
21:39 / 16 Yanvar 2026
1053
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.