Cəlilabadda bir ay əvvəl alınan ev tamamilə yanıb
15 Noyabr 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
668
10.12.2025, 22:47
Oxu24.com tarixi şəxsiyyətlər haqqında maraqlı məlumatları təqdim etməkdə davam edir.
Bu dəfə təqdim edəcəyimiz şəxs Əlisgəndər Cəfərzadədir.
Əlisgəndər Cəfərzadə 1875-ci ilin oktyabr ayının 14-də Bakı şəhərində doğulub.1887–90-cı illərdə Bakıda məhəllə və ilk xüsusi rus-müsəlman məktəbində oxuyub.
1897-ci ildə İmperator III Aleksandr kişi gimnaziyasında xüsusi komissiya qarşısında imtahan verərək Azərbaycan dili müəllimi hüququ alıb. Əlisgəndər Cəfərzadə AXC-nin Ticarət və Sənaye naziri sonra Xarici İşlər naziri olmuş Məmməd Yusif Cəfərovun böyük qardaşıdir.
1895–1898-ci illərdə Nəriman Nərimanovun Bakida Ə.Cəfərzadənin evində təşkil etdiyi qiraətxanada müdir, 1897–1920-ci illərdə ikinci rus-müsəlman məktəbində Aleksey ali ibtidai məktəbində müəllim, 1906–1918-ci illərdə "Nəsri-maarif" cəmiyyətində katib, 1920–1924-cü illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığında nəşriyyat şöbəsinin, "Azərnəşr"də uşaq ədəbiyyatı bölməsinin müdiri, istehsalat şöbəsinin müdir müavini, 1924–1932-ci illərdə texniki redaktor, 1932–1938-ci illərdə isə "Azərneft"də kadr şöbəsinin rəisi işləyib.
Cəfərzadə xalq maarifinin milli zəmində inkişafı sahəsində böyük xidmətlər göstərib, "Nəsri-maarif" cəmiyyətinin Bakı və onun kəndlərində açdığı ibtidai məktəblərin müəllim kadrları, dərslik və metodik vəsaitlərlə təmin olunması işinə rəhbərlik edib Azərbaycanda ana dilində müstəqil uşaq mətbuatının yaranması Cəfərzadənin adı ilə bağlıdır. O 1906–1908-ci illərdə "Dəbistan" adlı ilk pedaqoji jurnalın naşiri və mühərriridir.
Qarşısına "türk milləti-nəcibəmizin balalarına bir xidmət göstərmək" vəzifəsi qoyan Cəfərzadə əsrin görkəmli yazıçılarını ətrafına toplayaraq jurnalda mükəmməl proqram əsasında zəngin bədii və elmi-kütləvi ədəbiyyat nümunələri dərc edib.O, 1922-ci ildə "Maarif" adlı ilk Azərbaycan sovet uşaq jurnalının da üç redaktorundan biri olub. Cəfərzadə Azərbaycan dövri mətbuatı və kitab nəşrinin inkişafına, xüsusilə onun mürəttiblik kimi ağır sahəsinin dirçəlişinə böyük əmək sərf edib.1905–1906-ci illərdə "Həyat" qəzetinin baş mürəttibi, Rəşid bəy Əfəndiyevin 1902-ci ildə "Bəsirə-tül-ətfal" müntəxabatının, 1921-ci ildə "Füqəra füyuzatı" jurnalının, 1922-ci ildə M.Ə..Sabirin "Hophopnamə"sinin naşiri olub.
28 yanvar 1941-ci ildə Bakıda vəfat edib...
Hazırladı: Tarixçi Namiq Həsənov
14:47 / 15 Noyabr 2026
52
14:34 / 15 Noyabr 2026
118
14:25 / 15 Noyabr 2026
89
14:19 / 15 Noyabr 2026
74
14:02 / 15 Noyabr 2026
247
13:27 / 15 Noyabr 2026
208
12:55 / 15 Noyabr 2026
1178
12:36 / 15 Noyabr 2026
312
12:28 / 15 Noyabr 2026
134
12:11 / 15 Noyabr 2026
125
11:52 / 15 Noyabr 2026
185
11:43 / 15 Noyabr 2026
119
11:29 / 15 Noyabr 2026
133
11:20 / 15 Noyabr 2026
121
11:20 / 15 Noyabr 2026
130
11:10 / 15 Noyabr 2026
123
11:07 / 15 Noyabr 2026
741
10:50 / 15 Noyabr 2026
132
10:25 / 15 Noyabr 2026
286
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
123
10:12 / 15 Noyabr 2026
150
09:35 / 15 Noyabr 2026
539
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.