Ərdoğandan müharibə açıqlaması: “Ukrayna, İran və Qəzza ilə bağlı…”
07 İyul 2026, 22:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
450
18.05.2026, 16:38
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 18-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü olub.
Oxu24.com xəbər verir ki, dövlət başçısı bu ilin aprelində Gürcüstana dövlət səfərini məmnunluqla xatırladı, bu səfərin münasibətlərin möhkəmlənməsi işinə verdiyi töhfəni qeyd edib.
Prezident İlham Əliyev bu gün imzalanacaq sənədlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətinə toxunub.
Qəbula görə dövlət başçısına minnətdarlığını bildirən qonaq Azərbaycanda olmaqdan xüsusi məmnunluq hissi keçirdiyini deyib.
Prezident İlham Əliyevə Gürcüstana dövlət səfəri etdiyinə görə minnətdarlığını bildirən İrakli Kobaxidze bu səfərin hər kəsdə dərin təəssüratlar oyatdığını vurğulayıb.
Qonaq Azərbaycan ilə Gürcüstanın bir çox ölkələr üçün bağlantılar baxımından vacib rol oynadığını qeyd edib və gələcəkdə bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsinin önəminə toxunub.
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentini təbrik edən İrakli Kobaxidze tədbirin dünya şəhərsalma gündəliyini müzakirə etmək üçün yaxşı platforma olduğunu deyib.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.
Görüşdə iki ölkə arasında mehriban qonşuluq və dostluğa əsaslanan münasibətlərin bir çox istiqamət üzrə dinamik inkişafına toxunulub, ikitərəfli gündəliyin çox geniş olduğu qeyd edilib. Siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat, logistika, sərmayələr və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin möhkləmlənməsində rolu vurğulanıb.
Sonra Prezident İlham Əliyevin və Baş nazir İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş, Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş və "Bakı–Tbilisi–Qars" yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb.
01:00 / 08 İyul 2026
76
00:44 / 08 İyul 2026
111
00:07 / 08 İyul 2026
133
23:38 / 07 İyul 2026
74
23:27 / 07 İyul 2026
88
23:03 / 07 İyul 2026
95
22:44 / 07 İyul 2026
103
22:33 / 07 İyul 2026
100
22:25 / 07 İyul 2026
93
21:41 / 07 İyul 2026
108
21:07 / 07 İyul 2026
117
20:33 / 07 İyul 2026
111
20:23 / 07 İyul 2026
104
20:01 / 07 İyul 2026
104
19:57 / 07 İyul 2026
120
19:44 / 07 İyul 2026
113
19:22 / 07 İyul 2026
109
18:58 / 07 İyul 2026
120
18:26 / 07 İyul 2026
120
18:11 / 07 İyul 2026
109
17:55 / 07 İyul 2026
134
17:55 / 07 İyul 2026
110
17:40 / 07 İyul 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.