Əksər bölgələrdə yağış və şimşək müşahidə olunur
07 İyul 2026, 09:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4963
19.05.2026, 11:12
Azərbaycanda son dövrlərdə sertifikasiya imtahanlarının yalnız müəyyən sayda keçirilməsi və daha sonra müəllimlərin bu prosesdən tamamilə azad edilməsi məsələsi geniş müzakirə olunur. Bəs müəllimlərin sertifikasiya imtahanından cəmi bir neçə dəfə keçdikdən sonra ömürlük azad edilməsi nə dərəcədə doğru yanaşmadır?
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, hal-hazırda müəllimlərin sertifikasiya imtahanı xüsusi təlimatnaməyə əsasən həyata keçirilir. Bu proses mərhələli şəkildə aparılır və bütün fənn müəllimləri imtahana cəlb olunaraq orada iştirak edirlər.
Ekspert imtahanın nəticələrinə uyğun tətbiq edilən hüquqi tənzimləmələri xatırladıb:
“Müsbət nəticə göstərən müəllimlər sertifikasiya imtahanından keçmiş hesab olunurlar.
Mənfi nəticə göstərən müəllimlərə bir il müddətinə möhlət verilir. Möhlət bitdikdən sonra onlar təkrar imtahana cəlb edilirlər və ümumi vəziyyət yenidən dəyərləndirilir.
Əgər müəllim təkrar imtahanda da müəyyən nəticə əldə edə bilmirsə, onun əmək müqaviləsinə xitam verilir”.
Ramin Nurəliyev vurğulayıb ki, sertifikasiya imtahanı əslində çox gözəl bir yanaşma və müsbət bir təşəbbüsdür:
“Sertifikasiya imtahanı bizim orta ümumtəhsil məktəblərindəki real vəziyyəti ortaya qoydu. İllərdir öz ixtisası üzrə işləyən bəzi müəllimlərin öz ixtisasını yetərincə bilməməsini, yaxud fənn müəllimi kimi fəaliyyət göstərənlərin tamamilə başqa ixtisası bitirdiyini və pedaqoji sahənin mütəxəssisi olmadığını üzə çıxardı. Bu kimi hallar, əlbəttə ki, orta ümumtəhsil məktəblərindəki müəyyən problemləri aşkara çıxardı və nəticədə bəzi müəllimlərin əmək müqaviləsinə xitam verildi."
Ekspert bu prosesin gənc müəllimlər üçün yaratdığı müsbət imkanlara da toxunub. O qeyd edib ki, ali təhsil müəssisələrini bitirən çoxlu sayda savadlı gənclərimiz var. Sertifikasiya sayəsində zəif nəticə göstərən müəllimlərin yerinə yeni vakant yerlər açılır və bu gənclər üçün iş imkanları yaranır.
“Müəllimlərin imtahandan tam azad olunmasının tərəfdarı deyiləm"
Müəllimlərin sertifikasiyadan ömürlük azad edilməsi təkliflərinə gəlincə, Ramin Nurəliyev bu yanaşmanın əleyhinə olduğunu bildirib:
“Mən müəllimlərin sertifikasiya imtahanından birdəfəlik azad olunmasının tərəfdarı deyiləm. Çünki imtahandan tam azad olunan müəllim istər-istəməz müəyyən qədər rahatlaşacaq, arxayınlaşacaq. Hesab edirəm ki, sertifikasiya imtahanının mütəmadi olaraq keçirilməsi mütləqdir."
Ekspertdən yeni model təklifi:
Ekspert prosesin daha səmərəli təşkili üçün öz təkliflərini irəli sürüb. Onun sözlərinə görə, müəllimləri tam sərbəst buraxmaq yox, imtahanların müddətini uzatmaq daha doğrudur:
“İmtahanlar yekunlaşdıqdan sonra, növbəti 5 və ya 7 ildən sonra keçirilən ardıcıl iki imtahanda müsbət nəticə göstərən müəllimlərin sertifikat müddəti daha da uzadıla bilər. Məsələn, 10-12 ildən sonra təkrar imtahana cəlb olunma müddəti müəyyən edilə bilər. Bu, müəllimin üzərində müəyyən bir məsuliyyət təzyiqinin qalmasına və onun mütəmadi olaraq öz üzərində işləməsinə kömək edər.
Ali məktəbi bitirib Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı ilə işə başlayan gənc müəllimlər əvvəlcə 3 ildən sonra, daha sonra isə 5 ildən sonra sertifikasiyaya cəlb olunmalıdırlar. Ümumilikdə, gənc müəllimlərin 15 illik iş təcrübəsinə sahib olana qədər mütəmadi olaraq sertifikasiya imtahanından keçirilməsi tövsiyə olunandır”.
Ekspert yekunda qeyd edib ki, sertifikasiya sisteminin bu formada tənzimlənməsi təhsilin keyfiyyətinin davamlı olaraq yüksək qalmasına xidmət edəcək.
Çimnaz Telmanqızı
09:59 / 07 İyul 2026
1
09:58 / 07 İyul 2026
90
09:38 / 07 İyul 2026
234
09:34 / 07 İyul 2026
58
09:27 / 07 İyul 2026
41
09:24 / 07 İyul 2026
53
09:16 / 07 İyul 2026
188
09:11 / 07 İyul 2026
147
09:08 / 07 İyul 2026
48
00:44 / 07 İyul 2026
148
00:18 / 07 İyul 2026
658
00:16 / 07 İyul 2026
156
00:12 / 07 İyul 2026
145
00:10 / 07 İyul 2026
312
00:02 / 07 İyul 2026
140
23:56 / 06 İyul 2026
248
23:56 / 06 İyul 2026
133
23:46 / 06 İyul 2026
698
23:41 / 06 İyul 2026
268
23:32 / 06 İyul 2026
312
23:08 / 06 İyul 2026
1422
23:02 / 06 İyul 2026
634
22:53 / 06 İyul 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.