Burun çəpəri əyriliyi hər zaman əməliyyat tələb edirmi? — Həkim AÇIQLAMASI
06 İyul 2026, 22:26
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
494
18.05.2026, 19:18
Hazır dilimlənmiş qidalar qida zəhərlənməsinə səbəb olur? – Ekspert izah edir
Gündəlik həyatın intensiv ritmində vaxta qənaət etmək üçün mağazalardan dilimlənmiş kolbasa, pendir, hazır salat və ya doğranmış meyvə-tərəvəzlər almağa üstünlük veririk. Lakin bu rahatlıq sağlamlığımız üçün ciddi fəsadlar törədə bilər.
Bəs, mağazalarda satılan dilimlənmiş qidaları almaq olarmı? Bu tip məhsulların tez xarab olma riski nə qədərdir və düzgün saxlanılmadıqda hansı təhlükələr yarana bilər?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı qida eksperti Fərid Səfərov mühüm məqamlara toxunub və istehlakçılara xəbərdarlıq edib.
Dilimlənmiş qidalar niyə daha tez xarab olur?
Ekspert bildirir ki, dilimlənmiş qidaları almaq olar, lakin bu məhsullarda risk bütöv məhsullarla müqayisədə qat-qat yüksəkdir. Bunun əsas səbəbləri aşağıdakılardır:
“Məhsul dilimləndikcə onun hava ilə təmas sahəsi genişlənir. Qidanın təbii və ya süni qoruyucu qatı zədələnir. Hava ilə təmas və qoruyucu təbəqənin olmaması bakteriyaların artması üçün ideal şərait yaradır. Dilimlənmiş kolbasa, pendir, meyvə, tərəvəz və hazır salat məhsulları digərlərinə nisbətən daha tez xarab olma potensialına malikdir”.
Düzgün saxlanılmadıqda hansı təhlükələr yarana bilər?
Fərid Səfərovun sözlərinə görə, bu tip məhsullarda əsas risk düzgün saxlanılmama ilə bağlıdır. Xüsusilə yay aylarında və isti havalarda bu risk maksimum həddə çatır:
“Məhsulun daşınması və ya saxlanması zamanı temperatur rejiminə əməl edilməməsi, məhsulun uzun müddət soyudulmayan açıq vitrinlərdə qalması, gigiyenik olmayan şəraitdə və ya təmizlənməmiş bıçaq/aparatlarla dilimlənmə bakterial çirklənmə ehtimalını kəskin artırır”.
Sağlamlığa zərərləri nədir?
Bu qaydalara əməl edilmədikdə qidada sürətlə çoxalan bakteriyalar insan orqanizmində ciddi fəsadlara yol açır. Nəticədə qida zəhərlənməsi, mədə-bağırsaq pozuntuları, ürəkbulanma, qusma və ishal kimi sağlamlıq problemləri meydana çıxa bilər.
İstehlakçılar nələrə diqqət etməlidir?
Ekspert dilimlənmiş məhsul alarkən zəhərlənməmək üçün alıcılara bu 5 qızıl qaydaya əməl etməyi tövsiyə edir:
1. Məhsulun mütləq işlək və soyuq soyuducuda saxlandığından əmin olun.
2. Qablaşdırma zədələnmiş, cırılmış və ya şişmiş olmamalıdır.
3. Məhsulun rəngində, qoxusunda və ümumi görünüşündə hər hansı bir şübhəli dəyişiklik olmamalıdır.
4. Dilimlənmə tarixi və son istifadə müddəti mütləq yoxlanmalıdır.
5. Vitrində açıq şəkildə və uzun müddət qalan məhsullardan uzaq durmaq lazımdır.
Ən təhlükəsiz seçim hansıdır?
“Ən təhlükəsiz seçim isə mümkün olduqda məhsulu bütöv almaq və istifadəyə yaxın zamanda evdə dilimləməkdir. Bu həm saxlanma müddətini artırır, həm də çirklənmə riskini azaldır", - deyə Fərid Səfərov vurğulayıb.
Unutmayın, sağlam qidalanmaq həm də düzgün məhsul seçimi deməkdir. Sağlam qidalanaraq sağlam yaşayın!
Çimnaz Telmanqızı
09:38 / 07 İyul 2026
79
09:34 / 07 İyul 2026
33
09:27 / 07 İyul 2026
33
09:24 / 07 İyul 2026
39
09:16 / 07 İyul 2026
152
09:11 / 07 İyul 2026
120
09:08 / 07 İyul 2026
42
00:44 / 07 İyul 2026
145
00:18 / 07 İyul 2026
642
00:16 / 07 İyul 2026
150
00:12 / 07 İyul 2026
143
00:10 / 07 İyul 2026
306
00:02 / 07 İyul 2026
139
23:56 / 06 İyul 2026
246
23:56 / 06 İyul 2026
130
23:46 / 06 İyul 2026
680
23:41 / 06 İyul 2026
262
23:32 / 06 İyul 2026
310
23:08 / 06 İyul 2026
1398
23:02 / 06 İyul 2026
624
22:53 / 06 İyul 2026
125
22:41 / 06 İyul 2026
251
22:36 / 06 İyul 2026
729
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.