Qalxanabənzər vəzdə düyün: Hər zaman xərçəng deyil - Həkim AÇIQLADI
27 İyul 2026, 15:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
564
18.05.2026, 20:10
Son illər Azərbaycanda qaraciyər elastometriyası – daha çox “Fibroscan” adı ilə tanınan müayinə üsulu geniş yayılmağa başlayıb. Bir çox klinikalarda və tibb mərkəzlərində aktiv şəkildə təklif olunan bu müayinə artıq vətəndaşlar arasında da populyarlaşıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, elastometriya hər xəstə üçün lazım olan müayinə deyil və bəzi hallarda onun həddindən artıq təyin olunması doğru yanaşma hesab edilmir.
Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən qastroenteroloq Babək Sultanzadə bildirib ki, elastometriya əslində ultrasəs müayinəsinin xüsusi bir formasıdır və əsas məqsədi qaraciyərin sərtlik dərəcəsini ölçməkdir.
Həkimin sözlərinə görə, adi ultrasəs – yəni ultrasonoqrafiya – qaraciyərin quruluşu, ölçüsü və ümumi vəziyyəti haqqında məlumat verir. Elastometriya isə qaraciyər toxumasının nə qədər sərtləşdiyini müəyyən edir və bu göstərici əsasən fibroz və sirrozun qiymətləndirilməsi üçün istifadə olunur.
Babək Sultanzadə qeyd edib ki, sağlam insanlarda və ya qaraciyərlə bağlı ciddi şübhə olmayan şəxslərdə elastometriyanın aparılması hər zaman vacib deyil. Onun sözlərinə görə, bu müayinə daha çox qaraciyər sirrozu şübhəsi olan, qaraciyərdə düyünlü dəyişiklik müşahidə edilən, analizlərdə trombosit səviyyəsi aşağı çıxan, hepatit xəstələri və uzun müddət alkoqol istifadə edən şəxslərə tövsiyə olunur.
Qastroenteroloq bildirib ki, elastometriya nəticələri əsasən F1, F2, F3 və F4 mərhələləri ilə qiymətləndirilir. Bu mərhələlər qaraciyərdə fibrozun hansı səviyyədə olduğunu göstərir.
Mütəxəssisin sözlərinə görə, ən ağır mərhələ hesab olunan F4 artıq qaraciyər sirrozu deməkdir və bu mərhələdə qaraciyərdə geri dönməyən dəyişikliklər baş verir.
Babək Sultanzadə vurğulayıb ki, bəzi hallarda xəstələrə təkrar-təkrar elastometriya təyin olunur ki, bu da tibbi baxımdan hər zaman əsaslı sayılmır.
“Həqiqi qaraciyər sirrozu olan bir xəstədə hər 2-3 aydan bir elastometriya aparmağın ciddi tibbi əhəmiyyəti yoxdur. Əgər xəstədə artıq F4 mərhələsi təsdiqlənibsə və klinik olaraq sirroz məlumdursa, bu nəticənin qısa müddətdə F3 və ya F2-yə dönməsi mümkün deyil”, – deyə həkim bildirib.
Ekspert qeyd edib ki, bəzi xüsusi hallarda – məsələn, hepatit B infeksiyası və ya kəskin alkoqol zədələnməsi zamanı elastometriya yalancı yüksək nəticə göstərə bilər. Bu hallarda müalicədən sonra göstəricilərdə müəyyən yaxşılaşma müşahidə oluna bilər. Lakin tam formalaşmış sirrozun geri dönüşü mümkün hesab olunmur.
Qastroenteroloq əlavə edib ki, elastometriya ultrasəs müayinəsinə nisbətən daha bahalı müayinə üsuludur və ehtiyac olmadan təkrar-təkrar aparılması həm xəstə üçün əlavə maddi yük yaradır, həm də tibbi baxımdan faydasız ola bilər.
Həkimin fikrincə, sirroz diaqnozu qoyulmuş xəstələrdə əsas nəzarət üsullarından biri mütəmadi ultrasəs müayinəsi və laborator analizlərdir. Elastometriya isə daha çox xəstəliyin ilkin və orta mərhələlərində fibrozun irəliləyib-irəliləmədiyini izləmək üçün əhəmiyyət daşıyır.
Babək Sultanzadə sonda vətəndaşlara çağırış edərək bildirib ki, sosial şəbəkələrdə və reklam xarakterli təqdimatlarda yayılan məlumatlara əsasən özbaşına müayinələr etdirmək əvəzinə, mütləq həkim məsləhəti ilə hərəkət etmək lazımdır. Onun sözlərinə görə, hər populyarlaşan tibbi müayinə hər pasiyent üçün uyğun və vacib hesab edilə bilməz.
Şahbaz
19:15 / 27 İyul 2026
1
19:13 / 27 İyul 2026
5
19:02 / 27 İyul 2026
14
18:48 / 27 İyul 2026
265
18:45 / 27 İyul 2026
64
18:33 / 27 İyul 2026
53
18:30 / 27 İyul 2026
397
18:22 / 27 İyul 2026
54
18:20 / 27 İyul 2026
2850
18:10 / 27 İyul 2026
59
17:59 / 27 İyul 2026
66
17:40 / 27 İyul 2026
76
17:23 / 27 İyul 2026
157
17:07 / 27 İyul 2026
81
17:00 / 27 İyul 2026
82
16:42 / 27 İyul 2026
74
16:21 / 27 İyul 2026
79
16:18 / 27 İyul 2026
202
16:16 / 27 İyul 2026
100
15:59 / 27 İyul 2026
106
15:45 / 27 İyul 2026
90
15:21 / 27 İyul 2026
99
15:20 / 27 İyul 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.