Pensiya ilə bağlı VACİB XƏBƏR
25 Dekabr 2025, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
778
03.10.2025, 17:05
Sudan istifadədə differensial tarif tətbiq olunacaq.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov II Milli Rəqabət Forumunda "Təbii inhisarların tənzimlənməsi: Rəqabət və ictimaiyyi maraqlar" mövzusunda panel müzakirəsi zamanı deyib.
O bildirib ki, "Tarif haqqında" Qanuna görə, tariflərin müəyyən olunması təkcə qəza baş verdikdə xərclərin ödənilməsi və ya layihələrin icrası ilə bağlı deyil:
"Tariflər əsasən istismar xərclərinin qarşılanması üçün nəzərdə tutulur. Məsələn, suyun bir nöqtədən digərinə nəqli üçün yeraltı infrastruktur daim işlək vəziyyətdə olmalıdır. Bu sistemin istismarı, nasos stansiyalarının fəaliyyəti böyük xərc tələb edir. Tətbiq edilən tariflər də məhz bu istismar xərclərinin qarşılanmasına xidmət edir".
Həmçinin oxuyun
Əsəd Şirinov qeyd edib ki, habelə burada investisiya tərəfi də var, yəni sabit xərclər və prioritet layihələr üçün tələb olunan vəsait:
"Hazırda mərhələli şəkildə həm Bakıda, Abşeron yarımadasında, regionlarda, həm də Qarabağda quruculuq işləri çərçivəsində böyük yatırımlar nəzərdə tutulur. Tarifləri isə Tarif Şurası tənzimləyir. Bizim məqsədimiz qiymətləri elə səviyyədə saxlamaqdır ki, həm dayanıqlı inkişaf təmin olunsun, həm də innovasiya və müasirləşməyə şərait yaransın. Su itkilərinin azaldılması da bu prosesin vacib istiqamətlərindəndir. Biz bütün əsaslandırmaları hazırlayıb Tarif Şurasına təqdim edirik. Son qərar hökumətlə birlikdə qəbul olunur.
Bu müzakirələrdə xarici təcrübəyə də baxırıq. Türkiyə və Avropa ölkələrinin təcrübələrini araşdırmışıq. Ən çox tətbiq olunan mexanizmlərdən biri differensial tarifdir. Bu yanaşma Milli Su Strategiyasında da əksini tapıb və hazırda biz onun təhlilini aparırıq".
O, differensiallaşmanın izahını da verib:
"Burada məqsəd aşağıgəlirli əhali təbəqəsini qorumaq, onlar üçün güzəştli qiymətlər tətbiq etməkdir. Eyni zamanda daha çox su istifadə edənlər üçün tariflər nisbətən yüksək müəyyənləşdirilir ki, qənaətə təşviq olunsun. Kommersiya subyektləri isə sudan gəlir əldə etdiklərinə görə, onlar üçün ayrıca qiymət tətbiq olunur. Bu praktika dünyanın bir çox ölkəsində mövcuddur və biz də bunu təhlil edərək təkliflərimizi hazırlayacağıq.
Vacib məqam odur ki, "differensial tarif" anlayışı sadəcə qiymətlərin artması demək deyil. Əksinə, məqsəd aşağıgəlirli qrupları qorumaq, kommersiya və qeyri-yaşayış subyektləri üçün isə daha ədalətli qiymət qurmaqdır. Burada biz "Azəriqaz" və "Azərişığ"ın təcrübəsindən də yararlanacağıq. Onlarda differensial tarif sistemi artıq tətbiq olunur. Azərbaycanda yalnız su kommunal sahəsində bu hələ yoxdur. Gələcəkdə biz öz təklifimizi hazırlayıb təqdim edəcəyik".
00:04 / 26 Dekabr 2025
1
23:58 / 25 Dekabr 2025
23
23:54 / 25 Dekabr 2025
13
23:41 / 25 Dekabr 2025
18
23:34 / 25 Dekabr 2025
22
23:26 / 25 Dekabr 2025
38
23:14 / 25 Dekabr 2025
94
23:06 / 25 Dekabr 2025
25
23:01 / 25 Dekabr 2025
29
22:43 / 25 Dekabr 2025
781
22:33 / 25 Dekabr 2025
34
22:30 / 25 Dekabr 2025
295
22:21 / 25 Dekabr 2025
48
22:11 / 25 Dekabr 2025
42
22:08 / 25 Dekabr 2025
246
21:39 / 25 Dekabr 2025
48
21:23 / 25 Dekabr 2025
181
20:00 / 25 Dekabr 2025
447
19:53 / 25 Dekabr 2025
75
19:37 / 25 Dekabr 2025
835
19:31 / 25 Dekabr 2025
1608
19:24 / 25 Dekabr 2025
153
19:06 / 25 Dekabr 2025
1381
19:04 / 25 Dekabr 2025
123
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.