Uşaqlıqdan əlilliyi olan şəxslər ailə başçısını itirməyə görə pensiya ala bilərmi?
26 May 2026, 21:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
602
01.10.2025, 15:26
Oktyabrın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər.
Oxu24.com xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma park barədə məlumat verdi.
Bildirilib ki, yeni istirahət məkanı Əhməd bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində, İtaliya-Azərbaycan Universitetinin yaxınlığında yerləşir. Ərazisi 3,5 hektar olan parkda sakinlərin istirahəti üçün söhbətgahlar, amfiteatr, tennis meydançası, uşaqlar üçün əyləncə zonaları salınıb, müasir işıqlandırma sistemi qurulub. Burada həm sakit istirahət, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılıb.
Qeyd edək ki, son illərdə Bakının siması sürətlə dəyişir. Yeni park və xiyabanların salınması, mövcud yaşıllıq və istirahət zonalarının müasir tələblərə uyğun yenilənməsi paytaxtı daha da inkişaf etdirir, onu dünyanın ən gözəl şəhərlərindən birinə çevirir.
Bakının müxtəlif yerlərində açılan yeni istirahət guşələri sakinlərin asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaqla yanaşı, ekoloji mühitin yaxşılaşmasına da xidmət edir.
Yeni park isə paytaxtın "yaşıl xəritəsi”nə əlavə olunmuş daha bir məkan kimi şəhər sakinlərinin və qonaqların ixtiyarına verilib.


Həmçinin oxuyun
22:18 / 26 May 2026
1
22:12 / 26 May 2026
15
22:05 / 26 May 2026
76
21:58 / 26 May 2026
49
21:52 / 26 May 2026
99
21:44 / 26 May 2026
42
21:39 / 26 May 2026
171
21:29 / 26 May 2026
108
21:13 / 26 May 2026
142
21:11 / 26 May 2026
72
21:03 / 26 May 2026
534
20:59 / 26 May 2026
135
20:58 / 26 May 2026
154
20:55 / 26 May 2026
50
20:47 / 26 May 2026
512
20:44 / 26 May 2026
65
20:37 / 26 May 2026
127
20:37 / 26 May 2026
106
20:29 / 26 May 2026
80
20:22 / 26 May 2026
221
20:17 / 26 May 2026
64
19:55 / 26 May 2026
75
19:47 / 26 May 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.