Anar Bayramov icra başçısnın qardaşına yüksək vəzifə verdi
26 May 2026, 23:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
673
01.10.2025, 12:43
Bakıda metrodan istifadə edən sərnişinlər üçün müəyyən qaydalar və məhdudiyyətlər mövcuddur. Bu qadağaların pozulması yalnız ictimai asayişi deyil, həm də sərnişinlərin təhlükəsizliyini risk altına alır.
Sfera.az xəbər verir ki, məhz buna görə də qayda pozuntularına qarşı inzibati cərimələr tətbiq olunur. Son dəyişikliklərlə isə bu cərimələrin məbləği artırılıb və sərnişinlərin metroda daha intizamlı davranması hədəflənib.
Sərnişinlərin stansiyalarda və vaqonlarda zibil atması, yazılar yazması, məhdudiyyət çəpərləri ilə qorunan yerlərdən icazəsiz daxil olması, “sərnişin-maşinist” rabitəsindən zərurət olmadan istifadə etməsi kimi hallara görə 15 manatdan 200 manata qədər cərimə tətbiq edilir.
Metropolitenin elektrik şəbəkəsinə icazəsiz cihaz qoşanlara 70 manat, ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə əşya yandırılmasına görə isə 100 manat cərimə nəzərdə tutulub.
Həmçinin eskalator sürahisinə əşya qoyanlara cərimə 20 manat dəyərindədir.
“Stop” düyməsindən zərurət olmadan istifadə, eskalatorun sürahisini çıxartmaq, qatarlara gecikməyə səbəb olmaq, siqaret çəkmək, sərxoş vəziyyətdə metrodan istifadə, relslərə düşmək və ya tunellərə, xidmət otaqlarına, texniki otaqlara icazəsiz daxil olmaq kimi hallara isə cərimə 50 manat təşkil edir.
Bundan başqa dəmir yoluna əşya atılması 30 manatdan 200 manata qədər yüksəlib.
Qeyd edək ki, dəyişikliklər İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə edilən düzəlişlər əsasında qüvvəyə minib.
23:15 / 26 May 2026
1
23:13 / 26 May 2026
12
23:02 / 26 May 2026
80
22:58 / 26 May 2026
67
22:49 / 26 May 2026
40
22:45 / 26 May 2026
192
22:41 / 26 May 2026
56
22:33 / 26 May 2026
45
22:33 / 26 May 2026
47
22:31 / 26 May 2026
96
22:25 / 26 May 2026
166
22:18 / 26 May 2026
56
22:18 / 26 May 2026
144
22:12 / 26 May 2026
63
22:05 / 26 May 2026
117
21:58 / 26 May 2026
73
21:52 / 26 May 2026
127
21:44 / 26 May 2026
59
21:39 / 26 May 2026
211
21:29 / 26 May 2026
137
21:13 / 26 May 2026
164
21:11 / 26 May 2026
78
21:03 / 26 May 2026
726
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.