Çiyələyin az bilinən 7 faydası
27 May 2026, 19:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1196
23.09.2025, 15:53
SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, həbsdə olan iş adamı Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyevin dövlət qurumunda vəzifə tutması ilə bağlı məlumatlar yayılıb.
Oxu24.com xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov sosial şəbəkədə məlumat yayıb.
O, Ş.Mirzəyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyasının department müdiri olmasını əks etdirən foto paylaşıb. Nazirliyin saytından edilmiş skrində vəkilin həmin nazirlikdə Hüquq, kadrlar və sənədlərlə iş departamentinin müdiri vəzifəsini tutması əks olunub.
Ə.Həsənov qeyd edib ki, vəzifəli şəxsin vəkil kimi başqa şəxslə müqavilə bağlaması qanunvericiliklə qadağan edilib.
Bundan bir neçə dəqiqə sonra isə qurumun saytından Şaiq Mirzəyevin department müdiri olmasına dair məlumat və foto silinib.
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanin mətbuat katibi Fidan Seyidşahqızı məlumat ictimailəşəndən sonra açıqlama verib. O bildirib ki, Şaiq Mirzəyev hazırda Milli Observatoriyanın əməkdaşı deyil: “Onunla əmək müqaviləsinə 15 sentyabr tarixindən xitam verilib”.
Xatırladaq ki, Adnan Əhmədzadə sentyabrın 19-u saxlanılıb, bir gün sonra isə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
19:05 / 27 May 2026
1
18:57 / 27 May 2026
35
18:55 / 27 May 2026
30
18:47 / 27 May 2026
46
18:45 / 27 May 2026
43
18:40 / 27 May 2026
46
18:34 / 27 May 2026
48
18:26 / 27 May 2026
62
18:07 / 27 May 2026
58
17:59 / 27 May 2026
515
17:51 / 27 May 2026
86
17:42 / 27 May 2026
83
17:26 / 27 May 2026
88
17:19 / 27 May 2026
89
17:16 / 27 May 2026
108
17:14 / 27 May 2026
74
17:02 / 27 May 2026
104
17:00 / 27 May 2026
308
16:55 / 27 May 2026
79
16:45 / 27 May 2026
982
16:41 / 27 May 2026
74
16:34 / 27 May 2026
91
16:30 / 27 May 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.