Tarakan, qarışqa, milçək, ağcaqanad... Onları qovmağın ən sadə üsulu
28 May 2026, 01:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1019
22.09.2025, 12:42
Bakı şəhərində sərnişindaşımada tamamilə nağdsız ödənişə keçiddən sonra təqaüdçülər, tələbələr üçün güzəştlər mümkün olacaq.
Oxu24.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təkmilləşdirilməsinə dair fərmanından irəli gələn məsələlərə həsr olunan brifinqdə deyib.
Onun sözlərinə görə, ümumiyyətlə ictimai nəqliyyatda tam nağdsız sistemə keçiddən sonra yeni tarif menyusunun tətbiqi mümkün olacaq.
"Hazırda sərnişin bir avtobusdan digərinə keçid zamanı əlavə olaraq 50 qəpik ödəməyə məcbur qalır ki, bu da əlavə xərclərə səbəb olur:
Hədəfimiz bir saat ərzində aktiv olacaq bilet sistemini tətbiq etməkdir. İlkin mərhələdə planımız budur. Lakin nəzərə almaq lazımdır ki, avtobuslar hər yerdən hər yerə hərəkət etmir, sərnişinlər əvvəlcə hablara daşınır, sonra digər istiqamətlərə yola düşür. Bu səbəbdən vətəndaş hazırda iki dəfə ödəniş etməli olur", - deyə o əlavə edib.
A. Rzayev bildirib ki, paytaxtda elə avtobuslar da mövcuddur ki, onların texniki xüsusiyyətləri nağdsız ödəniş aparatının quraşdırılmasına imkan vermir:
"Buna görə də bizə lazımdır ki, operatorlar yeni avtobuslar gətirsinlər. Biz müsabiqə keçirək, onlar qalib gəlsinlər və nəticədə həmin nəqliyyat vasitələrinə bu aparatları quraşdıra bilək. Yeni fərman isə şübhəsiz ki, bu prosesi sürətləndirəcək".
01:29 / 28 May 2026
99
00:21 / 28 May 2026
80
00:12 / 28 May 2026
66
00:08 / 28 May 2026
66
00:02 / 28 May 2026
105
23:30 / 27 May 2026
252
23:09 / 27 May 2026
68
23:05 / 27 May 2026
566
23:01 / 27 May 2026
68
22:43 / 27 May 2026
88
22:41 / 27 May 2026
114
22:35 / 27 May 2026
675
22:31 / 27 May 2026
94
22:25 / 27 May 2026
99
22:15 / 27 May 2026
84
22:11 / 27 May 2026
124
21:53 / 27 May 2026
919
21:23 / 27 May 2026
95
21:18 / 27 May 2026
384
21:16 / 27 May 2026
84
21:05 / 27 May 2026
722
20:53 / 27 May 2026
91
20:51 / 27 May 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.