Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib - FOTO
16 Noyabr 2026, 22:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
958
21.09.2025, 13:09
Milli Məclisin deputatı, Azərbaycan–İsrail Parlamentlərarası İşçi Qrupunun rəhbəri Anatoliy Xaimoviç Rafailov Prezident İlham Əliyevin Yəhudi xalqına ünvanladığı təbrikə görə minnətdarlığını bildirib.
Oxu24.com xəbər verir ki, o, bu barədə deyib:
“Dərin hörmət və minnətdarlıq hissi ilə Azərbaycan Prezidentinin səmimi təbriklərini qəbul edirik, burada vurğulanır:
“Mütərəqqi tolerantlıq ənənələrinin və yüksək birgəyaşayış mədəniyyətinin tarixən hökm sürdüyü Azərbaycanda yəhudi icması xüsusi yer tutur. Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan yəhudilər əsrlər boyu digər xalqların və konfessiyaların nümayəndələri ilə sülh, qarşılıqlı hörmət və etimad mühitində çiyin-çiyinə yaşayıblar”.
Bu sözlər təkcə bizim qəlbimizə toxunmur, həm də tarixi həqiqəti əks etdirir: yəhudi xalqı əsrlər boyu Azərbaycanın zəngin mozaikasının tərkib hissəsi olub. Burada, ortaq vətənimizdə özümüzü həmişə təhlükəsiz hiss etmişik, hörmət və dəstəklə əhatə olunmuşuq.
Biz dövlətin diqqət və qayğısına, dünyanın nadir yerlərindən biri olan müasir Azərbaycanda antisemitizmə, ksenofobiyaya, etnik-dini dözümsüzlüyə yer olmadığına görə minnətdarlığımızı bildiririk. Bu, bizim qorumalı və gücləndirməli olduğumuz böyük dəyərdir.
Yəhudi xalqı öz vətənlərini - Azərbaycanı sevir. Biz həmvətənlərimizlə birlikdə ölkənin rifahı naminə çalışmaqdan, onun şərəfini və müstəqilliyini qorumaqdan, gənc nəsli vətənpərvərlik, ədalətlilik, ümumi ideallara sədaqət ruhunda tərbiyə etməkdən qürur duyuruq.
Azərbaycan cəmiyyətinin bir parçası olmaq onun dərdinə, sevincinə şərik olmaq, hər uğurunda iştirak etmək deməkdir.
Yeni il təkcə təqvimin dəyişməsi deyil, həm də ruhun yenilənməsi, gələcəyə ümidlə baxmaq şansıdır. Yəhudi təqvimi ilə 5786-cı il quruculuq, firavanlıq və milli birliyin möhkəmlənməsi ili olsun.
Qoy Azərbaycan həmişə sülhün və qarşılıqlı hörmətin hər sınaqdan güclü olduğu, vətənpərvərliyin söz deyil, cəmiyyətə gündəlik xidmət olduğu bir diyar olsun. Millətindən, dinindən asılı olmayaraq hər bir vətəndaş özünü bir ailənin üzvü kimi hiss etsin.
Dua edirik ki, yeni ildə sülh günəşi həmişə Azərbaycana işıq saçsın, hər bir ev ruzi-bərəkət, sağlamlıq və sevinclə dolsun. Keçmişin müdrikliyi, bu günün ədaləti, gələcəyə olan parlaq ümid ölkəmizi yeni zirvələrə aparsın.
Yeni iliniz mübarək! Roş Ha-Şana mübarək! Azərbaycan və onun xalqı bərəkətli olsun!”
22:30 / 16 Noyabr 2026
31
22:25 / 16 Noyabr 2026
47
22:21 / 16 Noyabr 2026
57
22:10 / 16 Noyabr 2026
75
21:59 / 16 Noyabr 2026
54
21:52 / 16 Noyabr 2026
92
21:46 / 16 Noyabr 2026
63
21:35 / 16 Noyabr 2026
104
21:30 / 16 Noyabr 2026
1209
21:24 / 16 Noyabr 2026
73
21:16 / 16 Noyabr 2026
84
21:01 / 16 Noyabr 2026
125
20:56 / 16 Noyabr 2026
99
20:54 / 16 Noyabr 2026
99
20:52 / 16 Noyabr 2026
148
20:46 / 16 Noyabr 2026
95
20:44 / 16 Noyabr 2026
628
20:34 / 16 Noyabr 2026
102
20:30 / 16 Noyabr 2026
94
20:19 / 16 Noyabr 2026
88
20:13 / 16 Noyabr 2026
154
20:07 / 16 Noyabr 2026
947
20:00 / 16 Noyabr 2026
472
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.