Tarakan, qarışqa, milçək, ağcaqanad... Onları qovmağın ən sadə üsulu
28 May 2026, 01:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
674
21.09.2025, 11:40
Son zamanlar bazarlarda və marketlərdə satılan yağ məhsullarının tərkibi ilə bağlı narahatlıqlar artıb.
İdxal olunan bəzi yağların tərkibinə əlavə qatqılar vurulduğu və bu məhsulların mağazalarda satışa çıxarıldığı iddia olunur.
Qida Təhlükəsizliyi Agentliyinin bu sahədə apardığı monitorinqlərin nəticələrini ictimaiyyətə açıqlamaması isə cəmiyyətdə sualları və narahatlığı daha da artırır.
Bəs belə halların artmasının səbəbləri nədir?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, bazarın sağlam şəkildə işləməsi üçün nəzarət mexanizmləri olmalıdır: “Yağ məhsullarına qatqı əlavə edilərək bazarlarda və marketlərdə satılması bir neçə səbəbdən qaynaqlana bilər. Satıcılar və ya istehsalçılar maya dəyərini aşağı salmaq üçün ucuz qatqılar (bitki yağları, marqarin, palma yağı və s.) əlavə edərək məhsulu “Kərə yağı” adı ilə baha satmağa çalışırlar. Bu, ənənəvi fırıldaqçılıq formasıdır və əsas məqsəd daha çox gəlir əldə etməkdir.
Alıcıların keyfiyyətli yağ ilə qatqılı yağı fərqləndirmə qabiliyyəti zəifdir ki, bu da satıcılara fürsət yaradır. Bazarın sağlam şəkildə işləməsi üçün nəzarət mexanizmləri olmalıdır. Dövlət qurumları bazarlarda, marketlərdə və istehsal müəssisələrində yağların tərkibini laboratoriya şəraitində dövri olaraq yoxlamalıdır”.
Onun sözlərinə görə, alıcılar keyfiyyətli yağı seçmək baxımından məlumatlı olmalıdı:
“Qatqı əlavə edib yağ satıldığı aşkarlanan istehsalçı və satıcılar üçün yüksək maliyyə cərimələri və lisenziya məhdudiyyətləri tətbiq olunmalıdır.
Hər bir yağ məhsulunun istehsalçısı, istehsal tarixi, tərkibi və sertifikatı qablaşdırmada aydın şəkildə göstərilməli və elektron sistemlər vasitəsilə izlənilməlidir. Media və sosial şəbəkələr vasitəsilə alıcılara saxta və qatqılı yağları necə tanımaq barədə məlumat verilməlidir”.
Ekspert qeyd edib ki, problem nəzarət zəifliyi və sui-istifadədən yaranır:
“Böyük market şəbəkələri və istehlakçı birlikləri üçün müstəqil keyfiyyət test laboratoriyalarının fəaliyyətinə şərait yaradılmalıdır. Yəni problem həm qazanc məqsədli sui-istifadədən, həm də nəzarət mexanizmlərinin zəifliyindən qaynaqlanır. Ən optimal həll yolu dövlət nəzarətinin sərtləşdirilməsi ilə yanaşı, istehlakçıların da məlumatlılığının artırılmasıdır”.
01:29 / 28 May 2026
188
00:21 / 28 May 2026
142
00:12 / 28 May 2026
100
00:08 / 28 May 2026
101
00:02 / 28 May 2026
180
23:30 / 27 May 2026
672
23:09 / 27 May 2026
109
23:05 / 27 May 2026
1462
23:01 / 27 May 2026
98
22:43 / 27 May 2026
113
22:41 / 27 May 2026
158
22:35 / 27 May 2026
1255
22:31 / 27 May 2026
128
22:25 / 27 May 2026
129
22:15 / 27 May 2026
110
22:11 / 27 May 2026
158
21:53 / 27 May 2026
1199
21:23 / 27 May 2026
122
21:18 / 27 May 2026
484
21:16 / 27 May 2026
115
21:05 / 27 May 2026
892
20:53 / 27 May 2026
117
20:51 / 27 May 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.