Abhay Kumar: Hindistan Azərbaycanla münasibətlərin daha da güclənəcəyinə ümid edir
28 May 2026, 10:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
6889
20.09.2025, 10:52
Qurbanov Qurban 1972-ci il aprelin 13-də Zaqatalanın Aşağı Tala kəndində - Osman kişi və Güləbatın xanımın ailəsində dünyaya gəlib. Ailədə 6 uşaqdılar. 2 bacı və 4 qardaş. Ən kiçik uşaq – sonbeşiyi Qurbandır. Uşaqlıqda Zaqatala üçün xarakterik olan tütün təsərrüfatında işləyib. Zəhmətkeş uşaq olub. Uşaqlıqda bir neçə dəfə siqaret də çəkib. Lakin aludəçisinə çevrilməyib.
Əvvəlcə Aşağı Tala 5 saylı səkkizillik məktəbi fərqlənmə ilə bitirib. 9-10-cu sinifləri 3 saylı məktəbdə oxuyub.
10 yaşı olanda evdə ata və anasının qışda buğda satıb yaba almaq istədiklərini eşidib. Fikirləşib ki, qonşuları Mustafa kişinin 3 yabası var. Onlardan birini oğurlaya bilər. Elə də edib. Yabanı götürərək tövlələrinin yanına qoyub. Sabahı günü hamı yabadan danışır. Axırda Qurban etiraf edir ki, yabanı qonşudan xəbərsiz götürüb. O zaman anası onun qulağının dibinə möhkəm bir şillə vurub və yabanı həmən aparıb qonşuya qaytarmasını tələb edib. Bu Qurbanın həyatındakı ilk və son oğurluq olub. 17 yaşı yaşı olanda - 1989-cu ildə atası Osman kişi rəhmətə gedib.
(QIZLARI İLƏ)
Futbola 15 yaşında başlayıb. Zaqatalada kəndlərarası futbol oyunu keçiriləndə Məşqçi Şaban Şirdanov həmin çempionatda Qurbanın oyununu görür və onu `Daşqın`a klubuna dəvət edir. 16 yaşından `Daşqın`ın əsas heyəti ilə məşq etməyə, 17 yaşından isə Azərbaycan çempionatında oynamağa başlayır. İlk oyununa müdafiəçi kimi çıxır. Sol cinah müdafiəçisi kimi oyunu inamlı alınır. Növbəti oyunlardaan etibarən hücumçu mövqeyinə keçir.
Ailəsi əksər sovet ailəsi kimi onu futboldan yayındırmağa, dərslərini oxumağa sövq edir. Lakin qardaşı Musa onun yanında olur və Qurbandan böyük olduğuna görə ailəsinə sözü keçir, nəticədə Qurbanın futbolçu olmasına nail olur.
Musa özü də futbolçu olub. Hətta 6 ay eyni iki qardaş eyni komandada - Gürcüstanın “Merstxali” komandasında oynayıblar. Hərbi xidmətlə əlaqədar MOİK-də də oynayıb. Yeri gəlmişkən, əsgərlikdə cəmi 40 gün olub, 1990-cı ildə. Hərbi anddan sonra Zaqatalaya qayıdıb. Amma MOİK-in oyunları olanda onu çağırıblar.
Davamı TV11-də...
10:14 / 28 May 2026
4
09:59 / 28 May 2026
41
09:52 / 28 May 2026
54
09:42 / 28 May 2026
143
09:39 / 28 May 2026
62
09:22 / 28 May 2026
56
09:20 / 28 May 2026
85
09:14 / 28 May 2026
82
09:12 / 28 May 2026
57
09:10 / 28 May 2026
65
09:09 / 28 May 2026
61
09:04 / 28 May 2026
259
08:48 / 28 May 2026
87
08:30 / 28 May 2026
518
07:51 / 28 May 2026
207
01:29 / 28 May 2026
317
00:21 / 28 May 2026
372
00:12 / 28 May 2026
129
00:08 / 28 May 2026
116
00:02 / 28 May 2026
212
23:30 / 27 May 2026
948
23:09 / 27 May 2026
129
23:05 / 27 May 2026
2956
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.