Böyük Qayıdış proqramı uğurla həyata keçirilir: 10600-dək şəxsə iş verildi
28 May 2026, 11:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
752
20.09.2025, 08:47
Bu gün - sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.
Oxu24.com-un xəbərinə görə, Azərbaycanda bu gün artıq ikinci dəfədir qeyd olunur.
Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd ediləcək.
Bu əlamətdar günün təsis olunması Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır. Belə ki, bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin erməni sepratçılarından təmizlənməsindən iki il ötür.
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər etdi, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırdı.
Həmin tarixdə Azərbaycan lideri İlham Əliyev Xankəndidə çıxış edərək bildirdi ki, bu gün tarixi bir gündür: "Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik".
11:03 / 28 May 2026
11
11:02 / 28 May 2026
8
10:51 / 28 May 2026
58
10:46 / 28 May 2026
50
10:41 / 28 May 2026
55
10:32 / 28 May 2026
198
10:20 / 28 May 2026
57
10:15 / 28 May 2026
109
10:14 / 28 May 2026
53
09:59 / 28 May 2026
60
09:52 / 28 May 2026
72
09:42 / 28 May 2026
236
09:39 / 28 May 2026
77
09:22 / 28 May 2026
66
09:20 / 28 May 2026
97
09:14 / 28 May 2026
104
09:12 / 28 May 2026
65
09:10 / 28 May 2026
75
09:09 / 28 May 2026
73
09:04 / 28 May 2026
363
08:48 / 28 May 2026
136
08:30 / 28 May 2026
839
07:51 / 28 May 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.