Böyük Qayıdış proqramı uğurla həyata keçirilir: 10600-dək şəxsə iş verildi
28 May 2026, 11:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
707
19.09.2025, 21:11
"Meta" məşhur ani mesajlaşma platforması "WhatsApp"ın iOS versiyasına yeni funksiya əlavə edib.
Oxu24.com xəbər verir ki, artıq istifadəçilər vacib mesajların unudulmaması üçün proqram daxilində birbaşa xatırlatma təyin edə biləcəklər. Məlumata görə, yenilik WhatsApp 25.25.74 versiyasında təqdim edilib. İstifadəçilər mesaj hissəsini basıb saxladıqda açılan menyuda "Mənə xatırlat" seçimini görə bilirlər. Buradan 2 saat, 8 saat, 24 saat kimi hazır vaxt aralıqlarını seçmək, həmçinin fərdi tarix və vaxt təyin etmək mümkündür.
Bu funksiya xüsusilə işgüzar yazışmalarda və gündəlik tapşırıqların icrasında mesajların unudulmasının qarşısını almaq üçün nəzərdə tutulub.
WhatsApp-da mesaj xatırlatma funksiyasından istifadə qaydası:
Xatırlatmaq istədiyiniz mesajı uzun basın;
Açılan menyudan "Daha çox..." bölməsinə daxil olun;
"Mənə xatırlat" seçimini işarələyin;
Vaxt intervalını müəyyən edin.
Yeni funksiya yaxın günlərdə bütün iOS istifadəçilərinə təqdim olunacaq.
11:03 / 28 May 2026
11
11:02 / 28 May 2026
8
10:51 / 28 May 2026
58
10:46 / 28 May 2026
50
10:41 / 28 May 2026
55
10:32 / 28 May 2026
198
10:20 / 28 May 2026
57
10:15 / 28 May 2026
109
10:14 / 28 May 2026
53
09:59 / 28 May 2026
60
09:52 / 28 May 2026
72
09:42 / 28 May 2026
236
09:39 / 28 May 2026
77
09:22 / 28 May 2026
66
09:20 / 28 May 2026
97
09:14 / 28 May 2026
104
09:12 / 28 May 2026
65
09:10 / 28 May 2026
75
09:09 / 28 May 2026
73
09:04 / 28 May 2026
363
08:48 / 28 May 2026
136
08:30 / 28 May 2026
839
07:51 / 28 May 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.