Avtomobil bazarında gözlənilən geriləmə - Ən çox bu markalar ucuzlaşacaq
28 May 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
752
19.09.2025, 19:12
"Google" yaxın vaxtlarda "Chrome" brauzerində inqilabi yenilik həyata keçirəcək.
Oxu24.com xəbər verir ki, bu barədə "Wired" məlumat yayıb.
Süni intellektli "Gemini" çat-botu birbaşa brauzerə inteqrasiya ediləcək. Yeni funksiya ilkin olaraq ABŞ-də, Mac və Windows istifadəçiləri üçün təkcə ingilis dilində əlçatan olacaq.
"Gemini"yə brauzerin yuxarı sağ küncündə yerləşən ikon vasitəsilə daxil olmaq mümkün olacaq. İstəyənlər bu ikonu gizlədə də biləcəklər.
İstifadəçilər "Gemini"dən açıq səhifə haqqında izahat almaq, bir neçə vərəqi birləşdirərək ümumiləşdirilmiş məlumat əldə etmək üçün istifadə edə biləcəklər. Bu xüsusiyyət xüsusilə səyahət planlaması və müxtəlif mənbələrdən məlumat toplamaq zamanı faydalı olacaq.
Yaxın zamanda "Chrome" brauzerində axtarış tarixçəsində də süni intellekt axtarışı mümkün olacaq. Beləliklə, ənənəvi tarixçə siyahısına baxmaq əvəzinə, istifadəçi sual verə biləcək: "Keçən həftə hansı saytda qoz ağacından stol görmüşdüm?" - və Gemini uyğun linkləri təqdim edəcək.
Google həmçinin istifadəçilər adından müəyyən tapşırıqları avtomatik yerinə yetirəcək İİ agent funksiyası üzərində işləyir. Məsələn, saç düzümü üçün qeydiyyat yaratmaq və ya ərzaq sifarişi vermək kimi işləri "Gemini"çat-botu həyata keçirəcək.
Bundan əlavə, brauzerin ünvan sətrindən birbaşa "AI Mode" rejimində axtarış imkanı istifadəyə veriləcək. Şirkət bu funksiyanı 2025-ci ilin sentyabr ayının sonunda ABŞ-da işə salmağı, daha sonra isə digər ölkə və dillərə genişləndirməyi planlaşdırır.
11:43 / 28 May 2026
8
11:29 / 28 May 2026
45
11:27 / 28 May 2026
66
11:23 / 28 May 2026
35
11:11 / 28 May 2026
46
11:03 / 28 May 2026
71
11:02 / 28 May 2026
60
10:51 / 28 May 2026
432
10:46 / 28 May 2026
78
10:41 / 28 May 2026
73
10:32 / 28 May 2026
317
10:20 / 28 May 2026
66
10:15 / 28 May 2026
148
10:14 / 28 May 2026
64
09:59 / 28 May 2026
67
09:52 / 28 May 2026
85
09:42 / 28 May 2026
296
09:39 / 28 May 2026
85
09:22 / 28 May 2026
68
09:20 / 28 May 2026
101
09:14 / 28 May 2026
117
09:12 / 28 May 2026
69
09:10 / 28 May 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.