Kürdəmirdə iki avtomobil toqquşub , xəsarət alanlar var.
16 Noyabr 2026, 22:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
633
19.09.2025, 15:46
Bu gün – sentyabrın 19-daAstanada Dünya və Ənənəvi Din Liderlərinin VIII Qurultayı öz işini davam etdirəcəkdir. Qurultayın işində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova da iştirak edir.
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malikin qurultayında iştirakı çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və dəstəyi ilə səfər proqramının genişləndirilməsi planlaşdırılıb.
Səfər proqramı çərçivəsində ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malikin Çimkənd şəhərinə və Türküstan vilayətinə də gedəcəyi bildirilir. Burada əsas diqqətin mədəni irs məsələlərinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəldiləcəyi qeyd olunur.
Səfər zamanı region rəhbərləri ilə rəsmi görüşlərin keçirilməsi, eləcə də mədəni və tarixi irs abidələrinin ziyarəti nəzərdə tutulur. Aparıcı istiqamətlər sırasında ICESCO ilə əməkdaşlığın dərinləşdirilməsi, Qazaxıstanın mədəni irsinin qorunması və təbliği üzrə təşəbbüslərin inkişafı, həmçinin Çimkənd və Türküstan vilayəti abidələrinin İslam dünyasının mədəni irs siyahısına daxil edilməsiyer tutur.
Türk Mədəniyyəti və İrsi Fondu xüsusilə vurğulayır ki, səfərin regional hissəsinin təşkili Qazaxıstanın zəngin mədəni irsinin tanıdılması və ICESCO ilə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addımdır.
Qazaxıstan abidələrinin İslam dünyasının mədəni irs siyahısına daxil edilməsi ölkənin beynəlxalq imicinin gücləndirilməsi, mədəni diplomatiyanın və turizmin inkişafı üçün yeni imkanlar yaradacaq.
23:25 / 16 Noyabr 2026
17
23:07 / 16 Noyabr 2026
57
22:57 / 16 Noyabr 2026
60
22:47 / 16 Noyabr 2026
67
22:30 / 16 Noyabr 2026
71
22:25 / 16 Noyabr 2026
106
22:21 / 16 Noyabr 2026
105
22:10 / 16 Noyabr 2026
110
21:59 / 16 Noyabr 2026
91
21:52 / 16 Noyabr 2026
127
21:46 / 16 Noyabr 2026
95
21:35 / 16 Noyabr 2026
120
21:30 / 16 Noyabr 2026
1579
21:24 / 16 Noyabr 2026
102
21:16 / 16 Noyabr 2026
114
21:01 / 16 Noyabr 2026
142
20:56 / 16 Noyabr 2026
110
20:54 / 16 Noyabr 2026
123
20:52 / 16 Noyabr 2026
157
20:46 / 16 Noyabr 2026
118
20:44 / 16 Noyabr 2026
694
20:34 / 16 Noyabr 2026
125
20:30 / 16 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.