Xınanın bu qədər faydasından xəbəriniz var idi?
28 May 2026, 14:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
914
19.09.2025, 10:47
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi nəqliyyat növü ilə sərnişindaşımalar üzrə yeni qaydaların tətbiqi ilə bağlı təhlillər aparır.
Oxu24.com xəbər verir ki, Bu barədə “APA Economics”in sorğusuna cavab olaraq Agentlikdən məlumat verilib.
Qeyd edilib ki, rəqabət qanunvericiliyinə əməl edilməsi üzrə dövlət nəzarət tədbirləri, o cümlədən araşdırma və yoxlamaların aparılmasının əsas prosedurları Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində təsbit edilib.
“Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən məsələ ilə bağlı aidiyyəti bazar subyektləri ilə görüşlər keçirilərək məsələnin hüquqi və iqtisadi tərəfləri müzakirə edilir. Eyni zamanda, digər sahəvi qanunvericilik aktlarında təsbit olunan və beynəlxalq təcrübədə mövcud olan normalar təhlil edilir. Bu istiqamətdə rəqabət orqanının apardığı təhlillər bazar subyektlərinin davranışlarının dinamik tənzimləmə çərçivəsində formalaşdırılmasına və istehlakçı hüquqlarının qorunmasına istiqamətlənib”, - məlumatda bildirilib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan sərnişindaşımaların həyata keçirilməsi ilə bağlı yeni qaydalar qəbul edilib.
Nəticədə hava limanından sərnişindaşımalar yalnız bu qaydalara tam cavab verən taksilər vasitəsilə həyata keçirilir.
Taksi operatorlarının mobil tətbiqlərində hava limanına aid xüsusi sifariş kateqoriyaları yaradılıb. Bu kateqoriya üzrə qiymətlər isə yüksəkdir.
Belə ki, aeroportdan şəhərə daşımalar 5-6 manatdan başlayır. 3-25 kilometr məsafələr üçün hər kilometrə görə ödəniş 80-95 qəpik, 26 kilometr və daha uzun məsafələrdə isə 70 qəpik təşkil edir.
Əlavə olaraq, hava limanı ərazisində yeni taksi terminalı quraşdırılıb və bu terminal vasitəsilə taksi sifarişlərinə xüsusi tariflər tətbiq olunur ki, həmin tariflər də 20-30 manat arasında dəyişir. Qiymətlərin belə olması isə, vətəndaşların ciddi narazılığına səbəb olub.
14:32 / 28 May 2026
18
14:27 / 28 May 2026
20
14:27 / 28 May 2026
20
13:59 / 28 May 2026
195
13:54 / 28 May 2026
179
13:51 / 28 May 2026
125
13:41 / 28 May 2026
79
13:36 / 28 May 2026
108
13:29 / 28 May 2026
65
13:23 / 28 May 2026
76
13:13 / 28 May 2026
370
12:59 / 28 May 2026
86
12:58 / 28 May 2026
820
12:53 / 28 May 2026
90
12:48 / 28 May 2026
67
12:37 / 28 May 2026
207
12:29 / 28 May 2026
118
12:28 / 28 May 2026
85
12:16 / 28 May 2026
107
12:12 / 28 May 2026
90
11:57 / 28 May 2026
245
11:53 / 28 May 2026
612
11:43 / 28 May 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.