Xınanın bu qədər faydasından xəbəriniz var idi?
28 May 2026, 14:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1067
18.09.2025, 17:58
18 sentyabr Milli Musiqi Günü münasibətilə Şamaxı rayon Mədəniyyət Mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ilə bağlı tədbir keçirilib.
Oxu24.com xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi v.m.i.e. Şəhriyar Soltan, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktoru Yeganə Əsgərova, Ağsu, Şamaxı, Qobustan və İsmayıllı rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbər işçiləri və əməkdaşları, rayon ictimaiyyəti iştirak edib.
Öncə dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş sərgiyə baxış keçirilib. Sərgidə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlərin əl işləri nümayiş olunub.
Tədbirdə çıxış edənlər Ü.Hacıbəylinin həyat və yaradıcılığı barədə geniş danışıb.
Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin müəllim və şagirdlərinin ifasında bəstəkarın əsərlərindən ibarət konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.Qafqazinfo

14:32 / 28 May 2026
18
14:27 / 28 May 2026
20
14:27 / 28 May 2026
20
13:59 / 28 May 2026
195
13:54 / 28 May 2026
179
13:51 / 28 May 2026
125
13:41 / 28 May 2026
79
13:36 / 28 May 2026
108
13:29 / 28 May 2026
65
13:23 / 28 May 2026
76
13:13 / 28 May 2026
370
12:59 / 28 May 2026
86
12:58 / 28 May 2026
820
12:53 / 28 May 2026
90
12:48 / 28 May 2026
67
12:37 / 28 May 2026
207
12:29 / 28 May 2026
118
12:28 / 28 May 2026
85
12:16 / 28 May 2026
107
12:12 / 28 May 2026
90
11:57 / 28 May 2026
245
11:53 / 28 May 2026
612
11:43 / 28 May 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.