Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb
28 May 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2453
18.09.2025, 14:44
2016-cı ilin aprelində baş vermiş "Aprel döyüşləri" zamanı şəhid olmuş əsgər Müşfiq Orucovun doğum günüdür.
Oxu24.com xatırladır ki,yaşasaydı,31 yaşını qeyd edəcəkdi.
Qeyd edək ki, Müşfiq Arif oğlu Orucov 1994-cü il sentyabrın 18-də Bakıda anadan olub.
O, 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub.
Müşfiq 700 balla Azərbaycan Texniki Universitetinin avtomatika və kompüter texnikası fakültəsinə qəbul olub.
Universitetdə oxuya-oxuya həm də şadlıq saraylarında ofisiant işləyib.
Daha sonra havalar isinəndə axşam saat 19:00-dan səhər saat 7-yə qədər dondurma sexində işləyib.
Müşfiq daha sonra hərbi xidmətə yollanıb və Naftalan şəhərində xidmət etməyə başlayıb.
Sonuncu dəfə 2016-cı il martın 29-da atasıyla danışıb.
...Müşfiqin ölüm xəbəri ailəyə aprelin 4-də deyilib. Valideynlərinə onun Talış kəndi istiqamətində gedən döyüşlərdə həlak olduğunu söyləyiblər. Aygün xanım deyir ki, Müşfiq Naftalanda xidmət edirmiş. "Martın 29-da danışdıq, dedi ki, vəziyyətim yaxşıdır. Hər 3 gündən bir əlaqə saxlayırdı. Ayın 2-də döyüş başlayıb, onları da köməyə aparıblar. Biz ölüm xəbərini ayın 4-də axşam eşitdik".
2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan Müşfiq Hövsan qəsəbəsində “Dədə Qorqud” qəbiristanlığında böyük izdihamla dəfn edilib.
Ölümündən sonra şəhid Müşfiq Orucov ölkə başçısı tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilib.
15:46 / 28 May 2026
1
15:33 / 28 May 2026
25
15:29 / 28 May 2026
39
15:28 / 28 May 2026
39
15:17 / 28 May 2026
33
15:15 / 28 May 2026
92
15:08 / 28 May 2026
47
14:59 / 28 May 2026
43
14:47 / 28 May 2026
57
14:40 / 28 May 2026
121
14:39 / 28 May 2026
60
14:32 / 28 May 2026
420
14:27 / 28 May 2026
50
14:27 / 28 May 2026
53
13:59 / 28 May 2026
320
13:54 / 28 May 2026
309
13:51 / 28 May 2026
159
13:41 / 28 May 2026
109
13:36 / 28 May 2026
130
13:29 / 28 May 2026
81
13:23 / 28 May 2026
89
13:13 / 28 May 2026
539
12:59 / 28 May 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.