Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb
28 May 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1059
18.09.2025, 14:31
Adı plastik cərrah kimi işləməyə icazəsi olan həkimlərin siyahısına daxil edilməyən tanınmış həkim Dilqəm Məhərrəmov yeni yola əl atıb.
Oxu24.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, D.Məhərrəmov Azərbaycan Tibb Universitetində əcnəbi vətəndaşlar üçün keçirilən rezidentura pilləsinə qəbul imtahanında iştirak edib.
Müxtəlif ixtisaslar üzrə sənəd təqdim edən 41 namizəd arasında onun da olması marağa səbəb olub. D.Məhərrəmov və digərləri yalnız Azərbaycan dili imtahanında iştirak ediblər və daha sonra müsabiqəyə buraxılıblar.
Onun əcnəbi ölkə vətəndaşı olmasına dair məlumat indiyədək ictimailəşməmişdi. D.Məhərrəmovun hansı ölkənin vətəndaşı kimi imtahana qatılması isə bilinmir.
O da iddia edilib ki, Azərbaycan Beynəlxalq Universitetində təhsil almış D.Məhərrəmovun, ümumiyyətlə, cərrah kimi təhsili yoxdur.
Qeyd edək ki, ötən ilin oktyabrından başlayan plastik cərrah qalmaqalında ən çox adı çəkilən həkimlərdən biri də Dilqəm Məhərrəmovdur.
“Baku Medical Plaza”da bir çox məşhur şəxsləri əməliyyat etmiş D.Məhərrəmovun daha sonra plastik cərrah kimi fəaliyyətinə qadağa qoyulmuşdu.
Belə ki, Səhiyyə Nazirliyi plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərməyə icazəsi olan həkimlərin siyahısını açıqlayarkən onun adı olmayıb. Həmin vaxt D.Məhərrəmov açıqlama verərək qərarın onu təəccübləndirdiyini və adının yaxın vaxtlarda siyahıya əlavə ediləcəyini deyib. Lakin xeyli müddət keçsə də, bu baş verməyib.
Bu arada əlavə edək ki, ATU-ya Azərbaycan vətəndaşları üçün rezidenturaya qəbul imtahanları ən çətin imtahanlardan biri sayılır. Əcnəbi vətəndaşlar isə yalnız dil biliyi yoxlanılmaqla müsabiqəyə buraxılırlar. İmtahan nəticələrinin yaxın günlərdə elan ediləcəyi bildirilir.
Onu da qeyd edək ki, D. Məhərrəmovun həyat yoldaşı Nərgiz Əhmədova da plastik cərrahdır və sözügedən siyahıda adı yoxdur.
15:46 / 28 May 2026
1
15:33 / 28 May 2026
25
15:29 / 28 May 2026
39
15:28 / 28 May 2026
39
15:17 / 28 May 2026
33
15:15 / 28 May 2026
92
15:08 / 28 May 2026
47
14:59 / 28 May 2026
43
14:47 / 28 May 2026
57
14:40 / 28 May 2026
121
14:39 / 28 May 2026
60
14:32 / 28 May 2026
420
14:27 / 28 May 2026
50
14:27 / 28 May 2026
53
13:59 / 28 May 2026
320
13:54 / 28 May 2026
309
13:51 / 28 May 2026
159
13:41 / 28 May 2026
109
13:36 / 28 May 2026
130
13:29 / 28 May 2026
81
13:23 / 28 May 2026
89
13:13 / 28 May 2026
539
12:59 / 28 May 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.