Benzinlə bağlı təcili XƏBƏR: SOCAR hansı addımları atmalıdır?
28 May 2026, 21:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2787
17.09.2025, 11:26
Rayonlarda da dayanacaq məntəqələri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən quraşdırılacaq.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahbibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsi müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması sahəsində qanunvericiliyin təkmilləşirilməsi məqsədilə hazırlanıb və bu məqsədlə vahid səlahiyyətli qurumun müəyyən edilməsini nəzərdə tutur.
Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən, Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, digər ərazilərdə zəruri olan infrastrukturun yaradılması işini təşkil etmək, həmçinin sərnişin nəqliyyatı vasitələri üçün dayanacaqların yerləşdirilməsi sxemlərini təsdiq etmək və nəzarəti həyata keçirmək səlahiyyəti isə yerli icra hakimiyyəti başçılarının səlahiyyətindədir.
Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsinin, onların quraşdırılmasının, idarə edilməsinin və saxlanılmasının vahid qurum tərəfindən təmin edilməsi bölgələrdə əhaliyə göstərilən sərnişindaşıma xidmətinin keyfiyyətinin artmasına, bu sahədə ölkə üzrə vahid standartların tətbiqinə xidmət edəcək.(qafqazinfo)
21:07 / 28 May 2026
5
21:05 / 28 May 2026
33
20:48 / 28 May 2026
49
20:48 / 28 May 2026
229
20:45 / 28 May 2026
68
20:43 / 28 May 2026
48
20:41 / 28 May 2026
54
20:38 / 28 May 2026
60
20:30 / 28 May 2026
80
20:28 / 28 May 2026
178
20:20 / 28 May 2026
66
20:12 / 28 May 2026
56
19:59 / 28 May 2026
123
19:38 / 28 May 2026
62
18:16 / 28 May 2026
103
18:03 / 28 May 2026
113
17:57 / 28 May 2026
97
17:43 / 28 May 2026
410
17:39 / 28 May 2026
105
17:32 / 28 May 2026
84
17:16 / 28 May 2026
168
17:15 / 28 May 2026
516
16:59 / 28 May 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.