Məktəblərdə yeni dərs tədris oluna bilər – RƏSMİ
15 Dekabr 2025, 22:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
494
21.08.2025, 10:00
İnsanlar arasında sehr, cadu, fal, gözdəymə, ovsun kimi bəd əməllərə inananlar da var, inanmayanlar da. Bəzən kiminsə cadunun, yaxud gözdəymənin təsirinə məruz qaldığını iddia etməsinin, məhz buna görə işlərinin düz getmədiyini deməsinin şahidi oluruq. Onların bu cür düşünmələri özlərində daxili gərginliyə və ağır psixoloji duruma düçar olmaları ilə nəticələnir.
Bəs, bədnəzər, nəfs və cadunun fərqi nədir? Onları bir-birindən necə ayırmaq olar?
Oxu24.com xəbər verir ki mövzu ilə bağlı Yenisabah.az-a danışan məşhur ekstrasens-kliniki psixoloq Zirəddin Rzayev bədnəzərin işlərin düz getməməsi ilə əlaqəsinin olmadığını açıqlayıb:
“Nəfs, göz, bədnəzər anlayışı var. Ümumiyyətlə, bədnəzər inkar olunmayacaq bir haldır, amma bunu araşdırandan sonra demək mümkündür. Bunu bilmək üçünsə mənə subyekt - insan lazımdır ki, ona baxıb bədnəzər, yaxud cadu olub-olmadığını deyim.
Bəzən insanlar işlərinin düz getməməyinin səbəbini birmənalı şəkildə bədnəzərlə, nəfslə əlaqələndirirlər. İşlərin getməməyinin səbəbi müxtəlif ola bilər. Məsələn, elə adam ola bilər ki, buna səbəb cadu ola bilər, yaxud sadəcə onda nəzər var.
Onu deyim ki, nəzər, nəfs işlərin düz getməməyinə mane olmur. Nəzər insanı xataya salır. Məsələn, bədnəzər varsa, şəxs qəzaya düşüb ayağı qırıla bilər, amma işləri düz gətirib yağ kimi gedir. Yaxud evdə uşaq yıxılır, başı dəyib qan aparır, bax, bu nəzərdir.
Nəzərin işin düz getməməsinə aidiyyatı yoxdur. O, işi kökündən qopara bilir, tutaq ki, bir şirkətin var, kənardan insanlar bu haqda nə isə danışır ki, birdən-birə çökə bilərsən.
Nəzərin effekti cadudan fərqlidir. O, anidən nəticəsini verir, nəzər qırır, elə bil güllədir, atdın, dəydi”.
Həmçinin oxuyun
Z. Rzayev cadunun effektinin nəzərdən tamamilə fərqli olduğunu qeyd edib:
“Adam var, deyir: “Elə bil qabağımdan it ulayıb, hara gedirəmsə, nəyə əlimi atıramsa, işim düz gətirmir”. Bunun nəzərin nəticəsi olması nadir hallarda mümükündürü. Nəzər, adətən, həmin anda effekt verir, uzunmüddətli təsir etmir, sanki kimsə baxıb nəzər edəndə qarşıdakı şəxsin ürəyi bulanır, qusmağı gəlir, halı dəyişir, qızdırması qalxır.
Cadu isə yavaş-yavaş öz işini görür, adamı çürüdür. O, insanı ruh düşkünlüyünə uğradır, işlərin düz gətirmir, heç nə etmək istəmirsən, depressiyada olursan. Elə bil hara getsən, işin alınmır, bulaq üstə getsən, bulaq quruyur”.
Ekstrassens bildirib ki, işlərin bir müddət düz getməməsini hər dəfə cadu, yaxud nəfslə əlaqələndirmək olmaz:
“Cadu, bədnəzər anlayışından başqa bir də insanın alın yazısı, bəxti deyilən anlayış var. Bəzən bu şeylər Allahın sınağı da ola bilər, bu şəxs üçün bir imtahandır. Yaxud ola bilər ki, insanın işi düz gətirmir, bəlkə də günahlarının kəffarəsini ödəyir. Əgər işin düz gətirmirsə, deməli, haradasa yanlış bir şey etmisən. Ona görə də bu incə məqamları dərk etmək üçün yanına getdiyin insanda bir ruh, elm olması lazımdır ki, sənə səbəbi düzgün desin, izah etsin. Amma çox təəssüf ki, belə insanları tapmaq çox çətindir”.
23:14 / 15 Dekabr 2025
13
23:08 / 15 Dekabr 2025
14
23:02 / 15 Dekabr 2025
19
22:54 / 15 Dekabr 2025
20
22:49 / 15 Dekabr 2025
23
22:48 / 15 Dekabr 2025
24
22:31 / 15 Dekabr 2025
45
22:27 / 15 Dekabr 2025
34
22:09 / 15 Dekabr 2025
179
21:59 / 15 Dekabr 2025
45
21:45 / 15 Dekabr 2025
65
21:10 / 15 Dekabr 2025
1442
20:54 / 15 Dekabr 2025
89
20:38 / 15 Dekabr 2025
1154
20:16 / 15 Dekabr 2025
64
19:46 / 15 Dekabr 2025
160
19:15 / 15 Dekabr 2025
623
18:43 / 15 Dekabr 2025
594
18:36 / 15 Dekabr 2025
75
17:51 / 15 Dekabr 2025
97
17:37 / 15 Dekabr 2025
855
17:14 / 15 Dekabr 2025
107
17:08 / 15 Dekabr 2025
101
16:59 / 15 Dekabr 2025
221
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.