Bir küçədə iki dövlət - Dünyanın ən qəribə 5 sərhədi
14 Noyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
809
15.12.2025, 23:02
Oxu24.com tarixi şəxsiyyətlərlə bağlı maraqlı faktları təqdim etməkdə davam edir.
Pəri Həsənova 1908-ci ilin aprel ayında Bakıda doğulub.
Atası Əbdül Hüseyn tacir idi, 1903-cü ildə Şuşadan Bakıya köçüb.
Qardaşı həbs olunandan sonra təqiblərə məruz qalıb.
Pəri Həsənova 1926-ci ildə Bakı Qızlar məktəbini, 1930-cu ildə isə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dilçilik şöbəsini bitirir.
Dövrün məşhur müəllimləri- professor S.Vasilyev, professor Bəkir Çobanzadə, professor A.Baqri, şərqşünas professor P. Juzedən dərs alır.Pəri Həsənova 1931-ci ildə İskəndər Əliyev ilə ailə həyatı qurur.
Evlilikdən bir qədər sonra Əliyeva familiyasını qəbul edir. Həyat yoldaşı İskəndər Əliyev Azərbaycan SSR xalq təsərrüfatında yüksək vəzifələrdə işləyib Buna görə də onunla ailə həyatı qurandan sonra Pəri Əliyeva və onun yaxınları sovet rejiminin təqiblərdən qurtara bilmişdilər.
1931-ci ildə Az.DETİ-nin Dil və Ədəbiyyat bölməsinin aspiranturasına qəbul olunur.
1930-cu illərdə Gülarə Qədirbəyova ilə birlikdə Bakıda nəşr olunan "Şərq Qadını" jurnalında çalışır, jurnalın məsul katibi olur.M.S. Ordubadinin məşhur "Qılınc və Qələm" romanının ilk redaktoru idi.
1938-ci ildə əri İskəndər Əliyev "xalq düşməni" elan edilərək həbs olunur, 1941-ci ildə isə Qazaxıstana sürgün edilir.Həyat yoldaşının həbsi ilə əlaqədar olaraq Pəri Əliyeva 1938-ci ildə "Şərq Qadını" jurnalında tutduğu vəzifədən kənarlaşdırılır.
Bir müddət Azərbaycan Dövlət Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışır, 1941-ci ildə qısa müddət ərzində həmin teatrın müdiri vəzifəsini icra edir.1942-ci ildə təqiblərdən qorunmaq üçün Bərdə rayonuna köçməyə məcbur olur, Bərdə şəhər orta məktəbində rus dili və ədəbiyyatı müəllimi işləyir.
1953-cü ildə Bakıya qayıdır və burada 51 saylı axşam orta məktəbində (indiki 189/190 №-li məktəbin binasında yerləşirdi) rus dili və ədəbiyyatı fənnindən dərs deyir.
1956-ci ildə həyat yoldaşı İskəndər Əliyevin bəraət alıb Bakıya qayıtmasından sonra təqaüdə çıxır və ictimai fəaliyyətlə məşğul olmur.
Pəri Əliyeva 1952-ci ilin noyabrında Bakıda vəfat edib...
Hazırladı: Namiq Həsənov
14:34 / 15 Noyabr 2026
28
14:25 / 15 Noyabr 2026
53
14:19 / 15 Noyabr 2026
51
14:02 / 15 Noyabr 2026
197
13:27 / 15 Noyabr 2026
188
12:55 / 15 Noyabr 2026
1093
12:36 / 15 Noyabr 2026
300
12:28 / 15 Noyabr 2026
127
12:11 / 15 Noyabr 2026
122
11:52 / 15 Noyabr 2026
178
11:43 / 15 Noyabr 2026
116
11:29 / 15 Noyabr 2026
129
11:20 / 15 Noyabr 2026
118
11:20 / 15 Noyabr 2026
127
11:10 / 15 Noyabr 2026
119
11:07 / 15 Noyabr 2026
720
10:50 / 15 Noyabr 2026
127
10:25 / 15 Noyabr 2026
281
10:21 / 15 Noyabr 2026
123
10:18 / 15 Noyabr 2026
120
10:12 / 15 Noyabr 2026
146
09:35 / 15 Noyabr 2026
533
07:35 / 15 Noyabr 2026
251
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.