Azərbaycan incəsənətinə ağır itki ÜZ VERİB: Məşhur siyasi xadimin qızı dünyasını dəyişdi
13 Dekabr 2025, 15:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
560
26.07.2025, 21:13
Lazer epilyasiyası (lazerlə tüklərin təmizlənməsi) günümüzdə çox geniş yayılıb.
Lakin uzun illərdir lazer prosedurunun zərərləri barədə müxtəlif şaiyələr dolaşır. "Lazer zərərlidir", "Onkoloji (xərçəng) xəstəliklərinə səbəb olur", kimi fikirlərə inananlar az deyil.
Bu suallara elmi faktlar, mütəxəssis rəyləri və nümunələrlə cavab axtarılıb.
Lazerin bilinən mümkün zərərləri qısamüddətli və yerli təsirlər, səri qızarması, yanma hissi, qabıq bağlama və ya şişlik, nadirdə olsa, pigment dəyişiklikləri (qaralma və ya ağarma), həssas dərilərdə qabıqlanma, qıcıqlanmadır.
Lazer epilyasiyasının uzunmüddətli təsirləri
Bu sahədə tədqiqatlar davam etsə də, hazırda elmi şəkildə sübut olunmuş onkoloji risk yoxdur. Lakin bəzi mütəxəssislər uzunmüddətli, nizamsız və qeyri-standart cihazlarla edilən lazerin dəri hüceyrələrinə mənfi təsir göstərə biləcəyini qeyd edir.
Lazer xərçəng yaradırmı? - Elmi baxış
Həmçinin oxuyun
Lazer epilyasiyasında istifadə olunan şüalar ionlaşdırıcı deyil - yəni rentgen və ya radioaktiv şüalar kimi hüceyrənin genetik kodunu dəyişmir. Odur ki, birbaşa xərçəng riski yaratdığı elmi olaraq sübut edilməyib.
Amerika Dermatologiya Akademiyası (AAD) və Dünya Sağlamlıq Təşkilatı (WHO) bildirir ki, lisenziyalı klinikalarda və sertifikatlı cihazlarla icra olunan lazer prosedurları təhlükəsizdir. Amma istisna hallar üçün klinik müşahidələrə ehtiyac olduğunu vurğulayırlar.
Hal-hazırda elmi ədəbiyyatda lazer epilyasiyasının xərçəng yaratdığına dair konkret sübut və ya rəsmi qeyd olunan hadisə yoxdur. Bəzi sosial mediada dolaşan iddialar olsa da, bunlar elmi jurnallarda və tibbi sənədlərdə təsdiqlənməyib. Araşdırmalarda bildirilib ki, əgər lazer proseduru düzgün aparılmırsa, mövcud dəridə olan xərçəngönü dəyişiklikləri stimullaşdırıla bilər, lakin bu da çox nadir və fərdi haldır.
Kimlər üçün lazer risklidir?
Dəri xərçəngi keçirmiş şəxslər, aktiv dəri xəstəliyi olanlar (psoriaz, ekzema), hormonal balans pozğunluğu olan şəxslər (çünki tüklər geri qayıda bilər), yeni yanıqlı və ya açıq yaralı dəriyə lazer tətbiq etmək risklidir. (baku.w)
18:02 / 13 Dekabr 2025
1
17:43 / 13 Dekabr 2025
189
17:09 / 13 Dekabr 2025
39
16:55 / 13 Dekabr 2025
171
15:58 / 13 Dekabr 2025
60
15:47 / 13 Dekabr 2025
60
15:39 / 13 Dekabr 2025
76
15:08 / 13 Dekabr 2025
1924
14:50 / 13 Dekabr 2025
74
14:38 / 13 Dekabr 2025
108
14:28 / 13 Dekabr 2025
98
14:22 / 13 Dekabr 2025
87
14:12 / 13 Dekabr 2025
278
13:14 / 13 Dekabr 2025
1522
13:07 / 13 Dekabr 2025
1007
12:58 / 13 Dekabr 2025
744
12:16 / 13 Dekabr 2025
1183
12:08 / 13 Dekabr 2025
136
11:44 / 13 Dekabr 2025
91
11:30 / 13 Dekabr 2025
113
11:09 / 13 Dekabr 2025
983
11:07 / 13 Dekabr 2025
447
10:25 / 13 Dekabr 2025
1190
09:15 / 13 Dekabr 2025
913
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.