Qaynar xətt:

(+99450) 247 90 86

2025-ci ilin ən vacib peşə bacarıqları açıqlandı - İNFOQRAFİKA

news/2025_07_26/online_is_2025_1753481918.jpg

CƏMİYYƏT

504

26.07.2025, 10:19

"Ənənəvi" bacarıqlar hələ də əhəmiyyət kəsb etsə də, əvvəlki illərlə müqayisədə onların rolu xeyli azalıb.

Oxu24.com -un məlumatına görə, "Visual Capitalist" platforması Dünya İqtisadi Forumunun hesabatına istinadən xəbər verir ki, sürətlə gedən rəqəmsal transformasiya fonunda işəgötürənlər əməkdaşların koqnitiv qabiliyyətlərinə və tənqidi düşünmə bacarıqlarına daha çox üstünlük verirlər.

Reytinq 14,1 milyondan çox əməkdaşın çalışdığı minlərlə beynəlxalq şirkətin rəyinə əsasən hazırlanıb.

Siyahının zirvəsində analitik düşünmə bacarığı yer alır - bu gün işəgötürənlərin 69%-i bu qabiliyyəti əsas bacarıq kimi qiymətləndirir. Bu, mürəkkəb problemləri həll edə bilən, məlumatları təhlil edərək qeyri-müəyyən şəraitdə əsaslandırılmış qərarlar verə bilən əməkdaşlara artan tələbatı əks etdirir.