Qaynar xətt:

(+99450) 247 90 86

Bəzi ərazilərdə qaz olmayacaq - yenilənib

CƏMİYYƏT

401

23.07.2025, 23:24

23:05

Sumqayıtın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Oxu24.com  xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, 24 iyul 2025-ci il tarixində saat 10:00-dan etibarən Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində aparılan təmir işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qazın verilişi gün ərzində bərpa olunacaq.

----------

16:56

Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

 Biləsuvar şəhəri, "Təyyarə Meydanı" adlanan yaşayış massivində "Təmiz Qaz" QSC-nin xidməti tərəfindən yeraltı qaz xəttində aşkar olunan qaz sızması aradan qaldırılılacaq.

Bu məqsədlə iyulun 24-də saat 10:00-dan etibarən işlər başa çatanadək Muğan, Yuxarı Ağalı kəndləri, "Təyyarə Meydanı" yaşayış massivi və şəhərin bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır. Qeyd olunan tədbirlər çərçivəsində ümumilikdə 3 yaşayış məntəqəsi üzrə 1 050 abonentin qaz təminatında fasilə yaranacaq.