Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistan Zəngəzur dəhlizi haqda Amerika ilə razılaşıb? 

CƏMİYYƏT

655

23.07.2025, 20:48

Ermənistanla ABŞ arasında Zəngəzur dəhlizinə nəzarət üçün gizli memorandumun imzalanması ilə bağlı iddia yayılıb.

Bu məlumatı İspaniyanın “Periodista Digital” nəşri yayıb.

Qəzet iddia edir ki, Ermənistan bununla öz suveren ərazisinin müəyyən bir hissəsindən imtina etməyə məcburdur.

Nəşrin yazdığına görə, sözügedən sənəd erməni diasporu üzvləri arasında yayılıb.

Ermənistanın Sünik rayonundan keçərək Azərbaycanı Naxçıvanla birləşdirəcək 42 kilometr uzunluğunda nəqliyyat dəhlizi sənəddə “Tramp körpüsü” adlanır. Nəqliyyat dəhlizi Amerika şirkəti tərəfindən idarə olunacaq. Bu dəhlizdən istifadədən əldə olunacaq gəlirin 40 faizi Amerika şirkətinə, 30 faizi isə Ermənistana çatacaq. Beləliklə, Ermənistan öz ərazisindən minimum 99 il məhrum edilmiş olacaq.

Sənəddə ABŞ hərbi qüvvələrinin Ermənistan ərazisinə yerləşdirilməsi də nəzərdə tutulur. Amma bunlar ABŞ-nin nizami silahlı qüvvələri deyil, özəl hərbi şirkətin nümayəndələri olacaq. Dəhliz boyunca təhlükəsizliyi təmin edəcək hərbi qüvvənin sayı 1000 döyüşçüdən ibarət olacaq. Onlara güc tətbiq etmək səlahiyyəti də veriləcək.