Qaz olmayacaq
29 İyul 2025, 16:22
Qaynar xətt:
(+99450) 247 90 86Kilosu 26 manat olmalıdır, amma 15 manata satılır – Təhlükə siqnalı
CƏMİYYƏT
373
23.07.2025, 09:30
Azərbaycanda satışda olan kərə yağlarının əksəriyyəti "yerli istehsal" adı ilə təqdim olunsa da, onların əslində xaricdən gətirilən və emal edilərək qablaşdırılan qarışıq məhsullar olduğu bildirilir.
İqtisadçı Akif Nəsirlinin iddiasına görə, bu məhsulların tərkibinə bəzən 40 faizə qədər palma yağı əlavə olunur.
Bəs palma yağı ilə qarışdırılmış kərə yağı orqanizmə necə təsir edir?Tərkibində palma yağı olan məhsulları müntəzəm istifadə edən insanlarda hansı sağlamlıq problemləri yarana bilər?
"Yeni Sabah" məsələni mütəxəssislərlə müzakirə edib. Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzunu belə şərh edib:
"Günü-gündən inkişaf edən dünyada, eyni zamanda, qida çeşidliliyinin artdığı bir vaxtda, təbii ki, bu çeşidlilik heç də həmişə sağlamlıq cəhətdən faydalı olmur. Palma yağının istifadəsi də məhz bu səbəbdəndir ki, həmin məhsulların xarab olma vaxtı gecikir, rəf ömrü uzun olur, daha ucuz xammaldan başa gəlir. Ona görə də çox istifadə olunur. Bəzi ölkələrdə bu yağdan istifadə edilsə də, uşaq qidalarına qatılması qadağan edilmişdir. Avropa qida təhlükəsizliyi agentliklərindən birinin apardığı araşdırmaların nəticəsinə nəzər salsaq, 2016-cı ildə qeyd olunmuşdur ki, gündəlik, davamlı olaraq hər bir qidada palma yağından istifadə edən insanlarda normadana artıq istifadə səbəbindən sağlamlıq problemləri ilə üzləşirlər.
Bu gün paketlənmiş qidaların əksəriyyətinin tərkibində, eyni zamanda restoran və iaşə obyektlərinin qızartma yeməklərində və bir çox şirniyyatların tərkibində palma yağı istifadə olunur. Bəzən bunlar məhsulların tərkibində göstərilmir, bəzən isə adı E-kodlarla verilir. Belə olan halda istehlakçılar aldığı məhsulun tərkibi haqda tam məlumatlı olmurlar".
Həmçinin oxuyun
Qida eksperti İlkin Şirinov isə qeyd edib ki, bunu edənlər ciddi məsuliyyət daşıyır:
"Biz dəfələrlə bitki tərkibli yağların kərə yağı adı altında satılmağından və palma yağlarının insan sağlamlığı üçün nə dərəcədə təhlükəli ola biləcəyindən danışmışıq. Bu çox böyük bir problemdir. İşbazların bitki tərkibli, spred və soya tərkibli yağları alıcılara satması satış deyil aldatma prosesidir. Bu işlə məşğul olanların hər biri məsuliyyət daşıyır. Bu məsələnin bir tərəfidir. Digər tərəfi isə alıcıların diqqətli olmasıdır. Aldıqları məhsulun üzünə baxıb qərar verməsinlər. Məhsulun tərkibini dəqiqliklə oxusunlar. Hər bir satışda olan məhsulun birmənalı olaraq Azərbaycan dilində markalanması lazımdır. Məhsulun yağlılıq dərəcəsi, bitki yağı olub-olmamağı ilə bağlı məlumat yer almalıdır. İnsanların ən çox əziyyət çəkdiyi xəstəliklərin təməlində belə yağlar dayanır. Ürəkdə tromblaşma, xərçəng kimi xəstəliklərin yaranmasına şərait yaradır.
Mütəmadi qaydada palma yağlarından istifadə ürək-damar çatışmazlığı, mədə xəstəliklərinə, böyrək problemlərinə və xroniki bağırsaq xəstəliklərinə yol açan amillərdəndir.
Təmiz kərə yağı əldə etmək üçün 25-30 litr süd lazımdır. Bu zaman 1 kiloqram kərə yağı əldə etmək mümkün olur. Belə hesablayanda bütün xərcləri nəzərə alsaq, sütün kilosu 1 manatdırsa, üzərinə istehsal xərcləri də əlavə edilərsə, normal qiymət 25-26 manat olmalıdır. Bəs onda necə təmiz kərə yağının kilosu 15 manatdan satışa çıxarılır? Təbii ki, məsələ məlumdur".
23:43 / 29 İyul 2025
İnsanlar narahatdır: Dənizə girənlər bədəndə yanıq izləri ilə çıxır
19
23:13 / 29 İyul 2025
Qarabağ və Şərqi Zəngəzur son ayda rekord sayda ziyarətçi qəbul etdi - 500 mindən artıq...
26
20:56 / 29 İyul 2025
Rusiyada konsert verməkdən imtina etdi
30
16:22 / 29 İyul 2025
Qaz olmayacaq
97
15:40 / 29 İyul 2025
Prezidentin sərəncamı 160 mindən çox şəxsə şamil ediləcək
1470
15:24 / 29 İyul 2025
Prezident dəyişikliyi TƏSDİQLƏDİ
206
14:45 / 29 İyul 2025
Rusiya müttəfiqlərinin adlarını AÇIQLADI
111
14:25 / 29 İyul 2025
Moldova Rusiyaya bağlı şirkəti qaz təchizatından kənarlaşdırmaq istəyir
76
14:10 / 29 İyul 2025
Kremldən Trampın ultimatumu ilə bağlı AÇIQLAMA
91
14:08 / 29 İyul 2025
Sabahın havası AÇIQLANDI
723
13:57 / 29 İyul 2025
Rus banklarında nə baş verir?
95
13:53 / 29 İyul 2025
FSB terror aktlarına çağıran Nijni Novqorod sakininin həbsinin görüntülərini yayıb
85
13:25 / 29 İyul 2025
Prezident sərəncam imzaladı :Pul AYRILDI
947
13:14 / 29 İyul 2025
Putindən yeni TƏYİNAT
111
13:11 / 29 İyul 2025
NATO gəmisi Baltik dənizində təcrübələr aparır
82
13:07 / 29 İyul 2025
Messinin saatı sərvət dəyərindədir - QİYMƏTİ
134
12:43 / 29 İyul 2025
Kobranı dişləyən uşaq huşunu itirdi
383
12:37 / 29 İyul 2025
Dənizdən meyitləri TAPILDI
696
12:31 / 29 İyul 2025
Apple ilk dəfə Çindəki mağazasını bağlayır
81
12:20 / 29 İyul 2025
Tarif Şurası QƏRAR VERƏCƏK - 1 manatdan artıq olmayacaq
338
12:07 / 29 İyul 2025
Abşeronda 22 yaşlı gəlinin qətlə yetirilməsinin TƏFƏRRÜATI
146
11:51 / 29 İyul 2025
Qazaxıstan kömürü Rusiya limanları vasitəsilə Avropaya çıxacaq
91
11:39 / 29 İyul 2025
"Komedixana"nın ulduzları haralıdır? — Təəccüblənəcəksiniz (SİYAHI)
387
11:37 / 29 İyul 2025
Ermənistanda maye qazın qiyməti kəskin bahalaşıb
82
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.