Qaynar xətt:

(+99450) 247 90 86

Sabahki günlə bağlı XƏBƏRDARLIQ 

CƏMİYYƏT

1040

22.07.2025, 12:08

Günəşdəki koronal dəliklərlə əlaqədar iyulun 23 və 24 tarixlərində Yerdə zəif maqnit qasırğası gözlənilir.

 

Oxu24.com   Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat yayıb.

 

“Sabah – çərşənbə günü ərzində, nisbətən uzunmüddətli geomaqnit qasırğalarının baş verməsi mümkündür, pik nöqtəsində isə birinci – minimal səviyyəli zəif maqnit qasırğası qeydə alına bilər. 24 iyul, cümə axşamı günü də maqnit qasırğalarının baş vermə ehtimalı yüksək olaraq qalır”, – deyə məlumatda bildirilir.

 

Qeyd olunur ki, maqnit qasırğalarının səbəbi hazırda təxminən Günəş–Yer xətti üzərində yerləşən orta ölçülü tac dəliyidir.