Fransa onu Azərbaycana səfir təyin etdi
19 Avqust 2025, 23:53
Qaynar xətt:
(+99450) 247 90 86Şəxsiyyət vəsiqələri ilə bağlı VACİB XƏBƏR
CƏMİYYƏT
2094
14.07.2025, 12:10
Milli Məclis (MM) şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatlarının əlavə edilməsi təklifini sonuncu oxunuşda təsdiqləyib.
Oxu24.com xəbər verir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə edilib.
Qeyd olunub ki, dəyişiklik layihəsi Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb.
Məlumata görə, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (Türkiyəyə münasibətdə) istifadə olunur. Şəxsiyyət vəsiqəsinin üzərində şəxsin ünvanı barədə məlumatın əks olunmaması vəsiqənin istifadəsi üzrə bəzi çətinliklərə səbəb olur. Bu baxımdan, şəxsiyyət vəsiqəsinin formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik edilməsi zərurəti yaranıb. Buna görə də şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur.
Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur.
Təklif olunan digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq. Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi, onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır.
Həmçinin oxuyun
Qanun layihəsində vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər təklif olunur.
Vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur. Bundan başqa, əgər vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur.
Beləliklə təklif olunan bu dəyişikliklər şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların daha müasir sistemlərdə, təhlükəsiz və çevik şəkildə idarə olunmasını, həmçinin sənədləşmə prosedurlarının və xidmətlərin vətəndaş üçün sadələşdirilməsini təmin edəcək.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Oxu24.com bundan öncə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi zamanı tələb olunan sənədlər və rüsumlar barədə məlumat açıqlamışdı
23:53 / 19 Avqust 2025
Fransa onu Azərbaycana səfir təyin etdi
32
23:48 / 19 Avqust 2025
Ərdoğan NATO Baş katibi ilə danışdı
30
23:05 / 19 Avqust 2025
İki rayonda qaz fasilələrlə veriləcək
45
22:23 / 19 Avqust 2025
“Putinə etibar etmək olmaz” - Kallas
149
20:50 / 19 Avqust 2025
Güləşçimizdən dünya çempionatında bürünc medal
156
20:45 / 19 Avqust 2025
Günlərdir axtarılan Aytən Bakıda tapıldı
57
20:18 / 19 Avqust 2025
“Zəngəzur dəhlizi türk dünyasını bir-birinə bağlayacaq” - Binəli Yıldırımdan İlham Əliyevə məktub
51
19:25 / 19 Avqust 2025
Makron Avropa qapılarında Putini “yırtıcı” adlandırdı
60
17:35 / 19 Avqust 2025
Litva özünü dron divarı ilə Rusiyadan qorumaq istəyir
71
15:48 / 19 Avqust 2025
İranla Ermənistan razılığa GƏLİB
87
15:38 / 19 Avqust 2025
Azərbaycanda bu tarixdən əhaliyə dərmanlar PULSUZ VERİLƏCƏK
314
15:35 / 19 Avqust 2025
Finlandiya parlamentində intihar edən deputatın meyiti tapılıb
92
15:29 / 19 Avqust 2025
Prezident bu qanunu təsdiqlədi
346
15:10 / 19 Avqust 2025
Bloomberg: Trampın Hindistana tətbiq etdiyi tariflər fonunda Çin Rusiyadan neft alışını artırır
89
14:53 / 19 Avqust 2025
Ərini öldürüb meyiti hamamda gizlədən qadın TUTULDU - FOTOLAR
786
14:45 / 19 Avqust 2025
Fillərin də öz dili varmış
91
14:27 / 19 Avqust 2025
Rusiyada terror etmək istəyən şəxs TUTULDU
101
14:21 / 19 Avqust 2025
Amerika qoşunları Venesuela sahillərində
93
14:19 / 19 Avqust 2025
Tərtərdəki əməliyyatda həbs edilən məmur azadlığa buraxıldı
100
14:16 / 19 Avqust 2025
Almaniya Vaşinqton görüşündən məmnundur
91
14:09 / 19 Avqust 2025
19 il HƏBS VERİLDİ
99
14:02 / 19 Avqust 2025
Modi Putin haqda nə yazıb?
99
13:36 / 19 Avqust 2025
Rəqsanənin həbsində şok detal: 35 minlik qızıl hanı?
517
13:35 / 19 Avqust 2025
Rusiyanın SOCAR-a zərbəsinin qisası alındı – Əməliyyat
358
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.