Abel Məhərrəmov Məleykə Abbaszadədən DANIŞDI
19 Noyabr 2026, 22:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3109
26.02.2025, 17:09
Azərbaycan ərazisində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Oxu24.com xəbər verir ki, saat 17:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər siqnal, gəmilər, metro qatarları fit verib.
Ölkənin digər şəhər və rayonlarında, eləcə də Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayrağı endirilib.
Azərbaycan paytaxtının minlərlə sakini fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anıb, abidənin önünə əklillər qoyub, qərənfillər düzüblər.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1 000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.
22:47 / 19 Noyabr 2026
22
22:43 / 19 Noyabr 2026
61
22:35 / 19 Noyabr 2026
51
22:31 / 19 Noyabr 2026
51
22:14 / 19 Noyabr 2026
63
22:10 / 19 Noyabr 2026
86
22:03 / 19 Noyabr 2026
64
22:01 / 19 Noyabr 2026
68
21:51 / 19 Noyabr 2026
65
21:48 / 19 Noyabr 2026
136
21:45 / 19 Noyabr 2026
503
21:42 / 19 Noyabr 2026
69
21:29 / 19 Noyabr 2026
76
21:18 / 19 Noyabr 2026
348
21:13 / 19 Noyabr 2026
84
21:05 / 19 Noyabr 2026
116
21:00 / 19 Noyabr 2026
86
20:48 / 19 Noyabr 2026
94
20:42 / 19 Noyabr 2026
87
20:31 / 19 Noyabr 2026
96
20:04 / 19 Noyabr 2026
338
19:55 / 19 Noyabr 2026
97
19:53 / 19 Noyabr 2026
282
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.